Peyğəmbərin (s) heç vaxt dilinə gətirmədiyi adi söz
Mьəllif: admin1
Tarix: 14-02-2023, 10:42
Peyğəmbərin (s) heç vaxt dilinə gətirmədiyi adi söz
İmam Səccad (ə) buyurur ki, "“Xoşagəlməz” qəza-qədərə razı olmaq yəqinin ən yüksək rütbələrindəndir."

Hədisin izahı üçün ilk növbədə qəza-qədər işarə etmək lazımdır: Qəza və qədər Allahın yer üzündə öncədən bilib nəzərdə tutduğu müqəddərata deyilir.

Sonsuz elmə malik olan Allah insanların seçiminin nədən ibarət olacağını yaxşı bilir. Buna görə bütünlüklə insanlar və cəmiyyətlər üçün müqəddərat vardır.

Məhz buna görədir, ki Allaha təvəkkül etməyi bacaran insan bütün qəza və qədərə razı olur və ona etiraz etmir. Belə bəndələrin dilindən etirazlar və naşükürlük nədir eşidilmir.

Belə insanlar yəqinin ən yüksək dərəcələrinə yiyələnirlər. Onların fikirnə görə baş verənlər hamısı xeyirdir. Əgər bəla olsa ondan ibrət götürmək lazımdır. Amma əgər nemət olsa ona görə şükür etmək lazımdır.

İmam Sadiq buyurur: Peyğəmbər baş verən bir hadisəyə görə heç vaxt “Ey kaş belə olaydı, elə olaydı” deməzdi. (Yəni peyğəmbər Allahın qəzavətinə görə əsla narahat olmazdı.

Onun ədaləti, neməti, müsibəti və bəlası sanki peyğəmbər üçün eyni idi. Məhz buna görə o keçmiş hadisələrə görə "eykaş elə olmazdı belə olardı" deməzdi)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031