İmam Zamanın (ə) qeybdə qalmasının uzun olma səbəbi
Mьəllif: admin1
Tarix: 16-03-2020, 11:46
İmam Zamanın (ə) qeybdə qalmasının uzun olma səbəbi
İmam Zamanın qeybdə qalması və tez zühur etməməsinin səbəbi tanınmış xətibin bəyanında

İnsanların bir amal ətrafında birləşməsi və onun uğrunda muharibə aparması üçün fərdlərin əqidə və əməl baxımından bağlılığı əsas amildir.

Hərəkatın fərdləri əqidə baxımından bağlı olsalar, amma əməldə ona sadiq qaldıqlarını və əsl itaətçi kimi olduqlarını göstərə bilməsələr, hədəf həyata keçməyəcək.

Ona görə inam və itaət bir-birini təkmilləşdirən səbəblərdir.

İmam Zamanın zühurunun zamanı da yalnız Allaha məlumdur. Kimliyindən asılı olmayaraq onun zühurunun zamanı barədə xəbər verənləri təkzib etmək lazımdır.

İmam Zamanın zühurunun bəzi əlamətləri hasil ola-ola niyə o həzrət zühur etmir?. Bu suala tanınmış araşdırmaçı və xətib Doktor Rafeipur cavab verib.

Xətibin sözlərinə görə sayına görə İmamın zühuru üçün nəzərdə tutulmuş insanlar hələ hazır deyillər. İnsanların günahları İmamın zühurunu təxirə salır.

Bu insanlar əqidə baxımından etiqadlıdırlar. Amma əməldə özlərini doğrulmağı bacarmırlar. Günah onlarla imam arasında fasilə yaradıb.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930