Allah yanında hansı yerə malik olduğumuzu necə bilək?
![]() Bəs insan onu yaradan və ona bütün nemətləri bəxş edən pərvərdigarla necə rəftar edir?. İnsan onunla münasibət zamanı onun inciyəcəyinə görə ehtiyatlanırmı? Qüdsi hədisdə buyurulur ki insan birinci növbədə Allahla münasibətlərinə aydınlıq gətirməli və onları yol üstünə qoymalıdır. Allah vəd verir ki yalnız bundan sonra mən sizlə insanların münasibətlərini düzəldib, islah edərəm. Belə olan halda insan Allahla münasibətlərinin hansı keyfiyyətdə olduğunu və Allah yanında hansı qədr-qiymətə malik olduğunu necə bilə bilər? Əllamə Məclisi Bəharul-Ənvar əsərində Həzrət Əlidən (ə) bu barədə maraqlı bir hədis nəql edir: İmam Əli buyurur: “Sizdən biriniz Allah yanında hansı yerə malik olduğunu bilmək istəyirsə, günah zamanı Allahın onun yanında hansı qədir-qiymətə malik olduğuna baxsın” Hədisə əsasən insan günahların hücum etdiyi zaman Allahı xatırlamalıdır. Yalnız bu zamandır ki insanın qəlbində Allah xofunun olub, olmaması ortaya çıxır.islaminsesi\ Oxşar xəbərlər
|
|