Quranın 3 haqqı. Quranı tilavət edənin 4 bəhrəsi
Mьəllif: admin1
Tarix: 24-10-2022, 13:34
Quranın 3 haqqı. Quranı tilavət edənin 4 bəhrəsi
Quran ayələrindən və hədislərdən bu nəticəyə gəlmək olur ki, Quranın müsəlmanlar üzərində üç haqqı vardır:

1. Quranı oxumaq.

2. Quranı dərk etmək.

3. Qurana əməl etmək.

Belə ki, Qurani-Kərimdə oxuyuruq: “Ona (Qur’ana, ya Peyğəmbərə) iman gətirənlər (yəhudi və xristianlar kimi səma) kitab(ı) verdiyimiz və onu layiqincə (təhrif etmədən, düşünüb əməl etməklə) tilavət edən kəslərdir. Ziyana uğrayanlar isə onu inkar edənlərdir”. (“Bəqərə” 121).

Bu ayədə həmin üç haqqı görmək olur.

Quranı tilavət edən dörd bəhrə əldə edər:

1. Zillətsiz izzət.

2. Zənginlik.

3. Elm.

4. Ölümsüz həyat.

Məsumlarımız (ə) buyurur ki, insan əgər Quranın üç haqqını əda edə bilsə, hər bir zahir və batin şərdən əli kəsilər və xeyir qapıları onun üzünə açılar.

Əmirəl-möminin (ə) buyurur: “Sizə lazımdır ki, Allahın ktabını öyrənəsiniz ki, o, ən yaxşı söz və ən anamlı möizədir. Bütün ayələrdə təfəkkür edin və düşünün ki, Quran qəlblərin baharı və bütün mənəvi istedadların çiçəklənməsidir. Nurundan şəfa istəyin ki, sinələrdəki dərdlərin şəfasıdır. Onu gözəl tilavət edin ki, içində ən yaxşı sərgüzəştlər vardır”.

Bütün müsəlmanların dərdlərinin əlacı Quranda və itrətdədir. Həzrət Peyğəmbər (s) ömrünün sonuna az qalmış insanların hüzurunda buyurur: “Sizin aranızda iki dəyərli şeyi qoyuram.

Allahın Kitabı və Əhli-Beytimi (ə). Bu ikisi heç bir zaman bir-birindən ayrılmazdır ki, hovuzun kənarında mənə qoşulacaq. Əgər hər ikisinə söykənsəniz, məndən sonra heç bir zaman yolunuzu azmazsınız”.

Bütün büdrəmələr və yolunu azmaqlar, cəhalət zülmətinə düşmək, maddiyyatçılıq, şeytani meyillərə düçar olmaq – bütün bunların hamısı Qurandan və itrətdən uzaq düşməyə görədir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930