İnsanın ən böyük eybi – özündə olan qəbahəti başqalarında tutmaq istəməkdir
Mьəllif: admin1
Tarix: 14-10-2021, 22:02
İnsanın ən böyük eybi – özündə olan qəbahəti başqalarında tutmaq istəməkdir

Əmirəl-möminin (ə) insanın ən böyük eybi haqqında belə buyurur: “Ən böyük eyib odur ki, o eyib ki, sənin özündə də vardır, başqalarında eyib hesab edəsən”.

İnsanların əksər hissəsi özlərində olan eybləri görmək istəmir və başqalarının eybini tutmağı sevirlər. Bəzən elə insanlara rast gəlirik ki, başqalarının şəxsiyyətinə dəyər vermirlər.

Başqalarının onun üçün etdiyi işin muzdunu verməkdən boyun qaçırdırlar. İnsanlara vədə verir, amma yerinə yetirmirlər. Lakin bu insan bir başqası onun haqqını kiçik də olsa tapdalayan kimi, səslərini qaldırır və ondan irad tuturlar.

Səsləri o qədər yüksəlir ki, səmaya qədər qalxır və hamı onun təhqiramiz sözlərinə şahid olur.

İmam Əli (ə) buyurur ki, bunun özü böyük bir eyibdir ki, başqalarının çirkin əməllərini görür və ona reaksiya verirsən və onun eybini tutursan, halbuki buna bənzər öz çirkin əməllərinə diqqət etmirsən.

İmam (ə) demir ki, başqalarının eybini görən zaman heç bir şey demə. Buyurur ki, başqalarının eybi bizi narahat edirsə, gərək ayıq olaq və ilk olaraq özümüzü hesaba çəkək.

Baxaq görək ki, bizim özümüzdə də həmin eyibdən vardırmı? Əgər görsək ki, biz də o eybə malikik, onu aradan qaldırmağa çalışaq. Çünki necə ki, başqalarında olan bu eyib bizi narahat edir, bizim də başqalarını narahat etməyimizə səbəb olur.

Ona görə də başqalarının eybini tutmazdan əvvəl, insan olaraq ilk özünü hesaba çəkməli və özünün eyiblərini görməyə çalışmalıdır.

“İnsanlarda eyb axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. (“Həməzə” 1).

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031