Söz gəzdirən behiştin iyini hiss etməyəcəkdir
Mьəllif: admin1
Tarix: 3-08-2016, 23:11
Söz gəzdirən behiştin iyini hiss etməyəcəkdir

“İnsanlarda eyib axtarmağa adət edən və başqaları haqqında pis danışan hər bir kəsin vay halına”. (“Huməzə” 1).
Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: “Sizləri ən pisinizdən agah edimmi?”. Deyirlər: “Bəli, ya Rəsulallah!”. Buyurur: “O kəs ki, söz gəzdirər və dostlar arasına ayrılıq salar və iffətli insanların eybini axtarar”.

Başqa bir hədisdə oxuyuruq ki, söz gəzdirən behiştin iyini hiss etməyəcəkdir. İmam Baqir (ə) buyurur: “Behişt – söz gəzdirmək üçün gedən, yalan qoşanlara haramdır”. Başqa bir hədisdə oxuyuruq: “Allah söz gəzdirənə xəbərdarlıq edir və nəsihət verir ki, bu çirkin işdən əl çəksin”.

Bəli, söz gəzdirmək elə bir pis işdir ki, insan ona görə behiştdən məhrum olur və pis insan adını qazanır, qəbir əzabı görür. Bəs söz gəzdirmək həqiqətdə nədir?

Söz gəzdirmək əslində dedi-qodu mənasını verir. Yəni, bu insan bir insanın xəbərini başqasına çatdırır. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, söz aparar – dedi-qodu edəndir”.

Bu, elə bir günahdır ki, dil vasitəsilə həyata keçər. İslam dini buyurur ki, mömin gərək dilinə nəzarət etsin. Belə ki, günahların əskər hissəsi dilə görə baş verir. O cümlədən qeybət, yalan.

O kəs ki, söz gəzdirər, əslində həm əmanətə xəyanət edir, həm qeybət edir və mömin qardaşının xoşagəlməz işini dilinə gətirir. Fitnə və fəsadın yaranmasına şərait yaradır. Eyni zamanda, başqalarının sirrini ifşa etmiş olur. İmam Əli (ə) buyurur: “Söz gəzdirəndən uzaq ol ki, o, ürəkdə kin əkər, insanı Allahdan və xəlqdən uzaqlaşdırar”.

Ona görə də deyə bilərik ki, insanlar arasında kinin yaranmasına səbəb olan amillərdən biri də söz gözdirməkdir. Bəzən qohumlarla bir yerdə olan zaman heç düşünmədən bu günahı elə asan yerinə yetiririk ki, onun nə qədər çirkin olduğunu belə düşünmürük.

Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və onun haqqında söz deyir. İmam (ə) ona buyurur: “Ey şəxs! Biz siz dedikləriniz barəsində araşdırma aparacağıq. Əgər düz demiş olsan, səni düşmən biləcəyik. (Çünki sən söz gəzdirmisən). Əgər yalan demiş olsan, səni cəzalandıracağıq. (Çünki başqasına böhtan atmısan). Əgər istəyirsənsə, sözünü geri götür. (Səni bağışlayım). Deyir: “Ya Əmirəl-möminin (ə), sözümü geri götürürəm”.

Söz gəzdirmək duaların qəbul olmasına mane olar. Hər kim bu günaha düçar olar, dualarının yerinə yetməsini ümid etməsin. O zaman ki, Bəni-İsrayil qəhətlik çəkir, Həzrət Musa (ə) Allahdan istəyir ki, yağış yağdırsın. Vəhy gəlir: “Ey Musa! Sənin və səninlə olanların duasını yerinə yetirmərəm. Çünki sizlərin arasında söz gəzdirən vardır ki, söz gəzdirməkdən əl çəkmir”. Musa (ə) deyir: “Allahım, o şəxs kimdir ki, onu öz aramızdan çıxardaq?”. Buyurur: “Sizi söz gəzdirməkdən çəkindirərəm, Özüm necə başqasının sirrini aşkar edim?”. Ona görə də onlar cəm halında tövbə etdilər və söz gəzdirən də onlarla bir yerdə tövbə etdi və Allah yağış nazil etdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930