Günahların kəffarəsi üçün Peyğəmbərin (s) Salman Farsiyə tövsiyəsi
Mьəllif: admin1
Tarix: 31-07-2019, 22:54
Günahların kəffarəsi üçün Peyğəmbərin (s) Salman Farsiyə tövsiyəsi
Hədislərdə buyurulur ki, öz evlərinizi Quran oxumaqla nurlandırın, evlərinizi xristian və yəhudilər kimi qəbirlərə çevirməyin çünki onlar öz evlərində Allaha ibadət etmirlər və bunu Sinaqoq və Kilsə ilə məhdudlaşdırırlar.

Məhz buna görədir ki yer üzərindəki hər şey, hətta dəryadakı balıq belə Quran oxuyanın bağışlanması üçün dua edərlər.

Hədislərdə buyurulur ki, bu ürəklər dəmir paslandığı kimi paslanır, və onların cilalanması da yalnız Quranla baş tutur.

Peyğəmbər buyurub:

“Hər kəs hər gecə Quranın on ayəsini oxusa, o etinasızlardan hesab olunmayacaq, əgər əlli ayə oxusa, o zaman Allahı xatırlayanlardan (zikr edənlərdən) hesab olunacaq, əgər yüz ayə oxusa, o zaman itaətkar və inanan kimi hesab olunacaq.

Quran yerdə qalan bütün kəlamlardan üstündür, necə ki, Allah bütün yaratdıqlarından üstündür. Quran ən üstün kəlam olduğuna görə əsas sığınacaq kimi də bu şəkildə tövsiyə edilib:

“Qaranlıq gecə sizi əhatə etdiyi kimi, fəlakət dalğaları sizi əhatə etidiyi vaxt, Qurana pənah aparın, o, ona sığınanların himayədarıdır. Onu özünə bələdçi qərar versə, Allah onu Cənnətə yönəldər, əgər ona sayğısızlıq etsə, yaxud ona qarşı olsa, o zaman Cəhənnəmə gedər. Həqiqətən bu Quran Allahın ipi, aşkar nur və faydalı dərmandır. Ona görə də özünüzü Quran oxumaqla məşğul edin. Buna görə Böyük və Gözəl Allah hər oxuduğunuz bir hərfə görə sizi on yaxşı əməlin savabı ilə mükafatlandırar”

Həzrət Peyğəmbər günahların kəffarəsi üçün də Quran oxumağı tövsiyə edib:

“Ey Salman həmişə Quran oxu! Onu tilavət etmək günahların kəffarəsi, cəhənnəm atəşindən qoruyan və əzabdan amanda saxlayandır”

Xüsusilə qeyd etmək lazımdır ki Quran tilavət etmək sırf oxumaq deyil, təfəkkürlə oxumağa və onun hökmləri qarşısında özünü itaətkar bilməyə deyilir.

Hədislərdə Quranın oxunuşu haqda deyilir:

“Quranı elə oxuyun ki, sizin ürəkləriniz ona məhəbbətlə aydınlaşsın, dəriniz onunla yumşalsın. Lakin ürəyiniz etinasız olduğu zaman (yəni Quranın sizin üzərinidə effekti olmadığı zaman) dayanın.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930