İmam Sadiqin (ə) şagirdi olmuş tanınmış sünni alimləri
Mьəllif: admin1
Tarix: 11-10-2022, 11:02
İmam Sadiqin (ə) şagirdi olmuş tanınmış sünni alimləri
İmamın imamət dövrü ümumilikdə 34 il sürüb.

Bu dövr zalım Bəni-Üməyyə hakimiyyətinin zəifləməsi və süqut etməsi (139 hicri-qəməri), Abbasilərlə və Ümməyyə hakimiyyəti arasında hakimiyyət uğrunda gedən qarşıdurmalar və döyüşlərin zamanına, Üməyyə hakimiyyətinə qarşı qalxan qiyamların zamanına təsadüf edirdi.

Bu amillər imama dinin təbliği, şagirlərin yetişdirilməsi və islam dininin təməl elmi əsaslarını qoymağa imkan verib. Məhz buna görədir ki İmam Sadiqin digər imamlarla müqayisədə dəfələrlə çox şagirdi və ravisi olubdur. Mühəddislər və Rical elminin alimləri İmam Sadiqin 4 min şagirdinin olduğunu deyiblər.

İmamın şagirdi olmuş məşhur sünni mufti və alimlərinin bəzilərinin adlarını təqdim edirik:

1- Əbu-Hənifə, Hənəfiyyə fiqhi məzhəbinin banisi

2- Malik ibni Ənəs, Malikiyyə fiqhi məzhəbinin banisi

3- Sufyan Suri, Hədisçi və sifi alimlərindən biri

4- Yəhya ibni Səid Ənsari, Abbasi xəlifəsi Mənsurun qaziul-quzatı yəni baş hakimi

5- Sufyan ibni Uyeyna, Hədisçi və Kufənin tanınmış fəqihlərindən biri

6- İbni-Cureyh, Məkkənin müfəssir qari və fəqihlərindən biri

7- Əyyub Səxtyani, Bəsrənin fəqihlərindən biri

8- Yəhya ibni Səid Qəttan, Bəsrəli fəqih

9- Əyyub Səcəstani, Bəsrənin tanınmış fəqih və ariflərindən biri

10-Məhəmməd ibni İshaq ibni Yəsar, İslam dünyasının ilk iki tarix yazıçılarından biri

11-Həsən Bəsri: mütəkəllim, müfəssir, fəqih, tanınmış zahid

12-Vasil ibni Əta, İslamda mötəzilə əqidə firqəsinin fikri əsasını qoyan alim.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930