QURANDA TÖVBƏ HAQQINDA OLAN AYƏLƏR
Mьəllif: admin1
Tarix: 25-07-2016, 09:39
QURANDA TÖVBƏ HAQQINDA OLAN AYƏLƏR

«Allah-təala tövbə edənləri sevir»
Quran ayələrində Allah-təalaya 91 dəfə «Ğəfur» (çox bağışlayan) və beş dəfə «Ğəffar» (ən çox bağışlayan) deyilmişdir. Çoxlu ayələr də camaatı Allaha tərəf qayıtmaq üçün çağırır və onların etdikləri günahlara görə Allahdan bağışlanmaq istəməyə dəvət edir. Bu ayələrdə 80 dəfədən çox tövbədən söz açılmışdır. Burada onlardan bir neçəsini nəzərdən keçirək:
«Ali-İmran» surəsinin 135-ci ayəsində oxuyururq: «(Pəhrizkar insanların əlamətlərindən biri də budur) Pis iş görən zaman və yaxud özlərinə zülm edəndə, Allahı yada salar, günahlarının bağışlanmasını diləyərlər».
«Nisa» surəsinin 110-cu ayəsində oxuyuruq: «Hər kəs pislik edə və ya özünə zülm edə, sonra Allahdan bağışlanmaq istəyə, Allahı bağışlayan və rəhimli görəcək».
«Maidə» surəsinin doqquzuncu ayəsində oxuyuruq: «Allah iman gətirənlərə və yaxşı işlər görənlərə bağışlanmaq və yaxşı əvəz vəd etmişdir.»
«Zümər» surəsinin 53-cü ayəsində oxuyuruq: «De: Ey Mənim bəndələrim-özlərinin əleyhinə olaraq hədlərini aşanlar!Ümidinizi Allahın rəhmətindən üzməyin. Allah bütün günahları bağışlar. Günahlardan keçən və rəhimli olan təkcə Odur.»
Bu ayədə gələn «Mənim bəndələrim, ümidinizi üzməyin», Allahın rəhməti, bütün günahları bağışlaması, Allahın rəhimli və bağışlayan olması kimi sözlər Allahın rəhmətinin böyüklüyünü və tövbə qapısının həmişə açıq olmasını bildirir. Xüsusən, “Mənim bəndələrim” kəlməsi, bəndələrin Allaha nisbət verilməsi onların Allah bəndəsi olmağına dəlalət edir. Allah-təala insanlara qarşı o qədər mehribandır ki, onları öz bəndələri deyə xitab edir. Deməli, Allah tərəfindən bağışlanmağa və Onun rəhmətinə ümid çox olmalıdır.
«Bəqərə» surəsinin 186-cı ayəsində oxuyuruq: “Əgər bəndələrim məni səndən soruşsalar, bilsinlər ki, onlara yaxınam. Dua eləyənlərin duasına məni çağırdıqları vaxt cavab verərəm. Onlar da gərək Mənim dediyimə səs verib Mənə iman gətirsinlər, bəlkə doğru yola hidayət olalar».
Allahın insanlara yaxın və mehriban olması haqqında incə nöqtələrdən biri də budur ki, bu ayədə Allah-təala məsələni özünə nisbət verib: Mənim bəndələrim, Mənim haqqımda, Mən yaxınam, Məni çağırın, Mən cavab verirəm, Mənim dəvətimi qəbul etsin, Mənə iman gətirsin.
«Nur» surəsinin 31-ci ayəsində belə oxuyuruq: «Ey möminlər! Hamılıqla Allaha tərəf qayıdın».
«Şura» surəsinin 25-ci ayəsində oxuyuruq: «Bəndələrinin tövbəsini qəbul eləyən Odur.»
«Bəqərə» surəsinin 222-ci ayəsində oxuyuruq: «Allah-təala tövbə edənləri sevir».
«Təhrim» surəsinin 8-ci ayəsində oxuyuruq: «Ey İman gətirənlər! Sidqi-qəlbdən tövbə eləyib, üzünüzü Allaha tutun».
«Şura» surəsinin 25-ci ayəsində oxuyuruq:
«Bəndələrin tövbəsini qəbul edən və onların günahlarını bağışlayan Odur».
«Maidə» surəsinin 74-cü ayəsində oxuyuruq: «Allaha tövbə edib, Ondan əfv diləməzlərmi?! Günahlardan keçəndir, rəhimlidir Allah».
Bu ayədə Allah-təala insanlardan soruşmaq yolu ilə onları tövbə etməyə dəvət edir. Bu ayədə Allahın iki sifəti- yəni bağışlayan və rəhim sifəti gəlibdir. Ola bisin insanlar Allahın bu iki sifətini bilib tövbə etsinlər və özlərinin bağışlanmalarına ümidli olsunlar.
Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031