Uşaqlarımızı İmam Zaman ağaya (ə.f) yaxınlaşdırmağın yolları
![]() Ustad Ənsarian ağanın bəzi tövsiyələri vardır ki, onlara əməl edərək, bu məqsədə çatmaq olar: - İmam Zaman ağa (ə.f) haqqında biliyini artırın. - Əgər evdə kitabxananız vardırsa, İmamla (ə.f) bağlı çoxlu kitablar alın ki, uşaqlarınız da oxuya bilsinlər. - Uşaqlarınızın İmamla (ə.f) bağlı məlumat və biliklərini artırmağa çalışın. - Telefonlarınıza İmam Zaman ağa (ə.f) ilə bağlı təranələr və dualar qeyd edin. - İmamla (ə.f) rabitədə olan insanların hekayələrini onlar üçün oxuyun. - Uşaqlarınıza İmama (ə.f) ehtiram göstərməyi öyrədin. Misal üçün, İmamın (ə.f) mübarək adı çəkilən zaman ayağa qalxmağı. - İmamı (ə.f) mehriban ata kimi təqdim edin. - Uşaqlarınızdan istəyin ki, İmam (ə.f) üçün dua etsinlər. - Uşaqlarınıza başa salın ki, İmam (ə.f) onların səsini və duasını harada olurlarsa-olsunlar, eşidir. - Onlara deyin ki, siz dua edən zaman İmam (ə.f) da sizə dua edir. - Uşaqlarınızın bu mövzunu dərk etməklə bağlı tutumuna diqqət edin və ifrat etməyin. - Çalışın ki, uşaqlarınız mənəvi olaraq Məhvədiyyat mövzusuna qarşı teşnə olsunlar. - Ailə mərasimlərində İmamı (ə.f) yada salın və salavat göndərin. - Övladlarınıza başa salın ki, əgər İmamla (ə.f) döst olmaq istəyirlərsə, yaxşı və bəyənilən işlər yerinə yetirsinlər. - Uşaqlarınızdan istəyin ki, İmama (ə.f) məktub yazsınlar. - İmamın (ə.f) uşaqlıq dövründə etdiyi işlərindən onlara danışın. - Onlara deyin ki, əgər dərsin müvəffəq olsa, İmama (ə.f) yardım etmiş olar. Çünki İmamın (ə.f) dostları bilikli insanlar olmalıdır. - Uşaqlarınızdan istəyin ki, İmamla (ə.f) bağlı təəssüratlarını sizinlə bölüşsünlər. - Uşaqlarınızla elə rəftar edin ki, İmam(ə.f) kimi bir insanla fəxr etsinlər. - Uşaqlarınıza öyrədin ki, hər gün İmama (ə.f) hədiyyə göndərə bilər və bu hədiyyə - İmama (ə.f) göndərdikləri salavatdır. /Deyerler.org/ Oxşar xəbərlər
|