"İnsanların çətinliklərini aradan qaldırmaq müstəhəb namazdan üstündür"
Mьəllif: admin1
Tarix: 7-11-2020, 12:06
"İnsanların çətinliklərini aradan qaldırmaq müstəhəb namazdan üstündür"
"Bəzi vaxtlar xüsusi olduğu və həmin vaxtlarda edilən ibadətlərin fəzilət baxımından daha üstün olduğunda şübhə yoxdur.

Məsələn həftənin günləri içərisində Cümə günü digər günlərdən fəzilətlidir.

Cümə gecəsi və günündə istiğfar etməyin fəziləti daha çoxdur.

Bəzi əməllər daha fəzilətli və üstündür. Müstəhəb namaz qılmaq və Allahın qullarının ehtiyacını aradan qaldırmaq, hər ikisi də Allaha yaxınlaşmaq qəsdi ilə edilərsə, ibadət olar.

Lakin insanların çətinlik və müşküllərini aradan qaldırmaq, müstəhəb namaz qılmaqdan daha fəzilətlidir.

Namaz Allah üçündür, başqalarının ehtiyacını aradan qaldırmaq isə başqaları üçündür, ancaq bu əmələ Allah əmr etmişdir və Allah Öz qullarının müşküllərinin aradan qaldırılmasına müstəhəb namazdan daha çox əhəmiyyət verir.

Dinimizin bizi təşviq etdiyi ibadətlərdən biri ehtiyac sahibləri ilə maraqlanmaq və onların çətinliklərini aradan qaldırmaqdır.

Ətrafımızdakı insanların çətinlikləri ilə maraqlanmağı özümüz üçün məsuliyyət saymalıyıq."

Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30