Ayətullah Zəncani: "Təkfirçilər bütün müsəlmanların ortaq düşmənidir"
Mьəllif: admin1
Tarix: 26-04-2014, 19:10
Bцlmə: Xəbərlər
Ayətullah Zəncani: "Təkfirçilər bütün müsəlmanların ortaq düşmənidir"

Ayətullah Şübeyri Zəncani təkfirçiləri sərt tənqid edib
İslamazeri.az-ın "Shafaqna"-ya istinadən verdiyi xəbərə görə, böyük təqlid mərcələrindən olan İslam alimi Ayətullah Şübeyri Zəncani təkfirçiləri sərt tənqid edib. O, İraqdan gələn bir qrup zəvvarlarla görüşdə bu barədə danışıb:

"Təkfirçilər dünyanın hər tərəfində zorakılıq və vəhşilik yaymaqdadırlar. Xüsusilə sizin ölkədə və yaşadığınız coğrafiyada böyük cinayətlər işləyilər və təəssüf ki, işləməyə də davam edirlər. Sizin inancınızı qorumaq üçün çəkdiyiniz müsibət və ağrıların Allah qatında mükafatı çox böyükdür. Dözdüyünüz çətinliklər və bu çətinliklərə göstərdiyiniz səbirli mövqeniz hər cür təqdirə layiqdir.

Bu bir həqiqətdir və artıq müsəlmanlar bunu anlamalıdır ki, təkfirçilər bütün müsəlmanların ortaq düşmənidir. Ümid edirik ki, müsəlmanların oyanışı ilə İslam aləmi bu şiddətdən xilas olar. Çünki İslam peyğəmbərinin (s) təqibçisi olan biri əsla təcavüzkar ola bilməz. Zorakılığın rəhmət dinində yeri yoxdur.

Biz dünyadakı bütün şiələrə və xüsusilə də Pakistandakı şiələrə xeyir-duasında olmağı bir vəzifə bilirik. Ümid edirik ki, Əhli-beytin (ə) inayəti və bərəkəti ilə bu ölkədəki çətinliklər aradan gedəcək."

islamazeri.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930