İmam Məhəmməd Təqidən (ə) səbr haqda gözəl tövsiyə
Mьəllif: admin1
Tarix: 17-06-2019, 09:18
İmam Məhəmməd Təqidən (ə) səbr haqda gözəl tövsiyə
Əgər problemlər, məşəqqətlər və müsibətlər varsa ona qalib gəlmək üçün səbr var. Bu haqda İsa Məsih buyurub "Siz xoşunuza gəlməyənə səbr etməsəniz, sevdiyinizə çatmayacaqsınız.”

Allahın Peyğəmbəri Məhəmməd ibni Abdullahdan (s) iman nədir deyə soruşulduqda buyurdu: İman səbrdir.

İmam Əli (ə) buyurub: "Səbr çətin müsibəti asan edər”

Digər bir hədisdə imam buyurub:

"Çətinliklərə səbr etmək rifah içində can rahatlığından yaxşıdır.”

İmam Sadiq (ə)buyurub ki Möminin xəmiri çətinliklərə səbr etməklə yoğrulmuşdur.

Səbr haqda buyurulan hədislərdən anlaşılır ki bu xislət imanın başıdır. Səbr qələbənin təzminatçısıdır.

Bu haqda Quranda byurulub: "Nə çox olub ki, azsaylı bir dəstə Allahın izni ilə sayları çox olan dəstəyə qalib gəlsin. Allah səbr edənlərlədir.” (Bəqərə, ayə 249)

Qurani-Kərimdə yenə bvuyurulur: "Əgər səbr edib, təqvalı olsanız və onlar da coşub hay-küy salmaqla üstünüzə hücum etsələr, Rəbbiniz beş min nişan qoyulmuş mələklə sizə kömək edər.” (Ali-İmran, ayə125)

Səbrin əksi odur ki insan ona müsibət üz verdikdə hay-küy salıb şivən qoparar, daima ona bəla nazil olduğunu dilə gətirər və bununla da insanlar yanında alçalmasına zəmin yaradar.

Hədislərə əsasən pis xüsusiyyətlərdən biri də insanın üzləşdiyi problemlərə görə daima ahu-zar edib, şikayətlənməsi və özünü digərlərinin yanında alçaltmasıdır.

İmam Məhəmməd Təqi buyurur ki belə bir işi görən adam savablarını itirmiş olar. Bu o deməkdir ki insan səbr edərsə çətinliklərə sinə gərməklə yanaşı savab qazanmış olacaqsa, ahu-zar etməklə savablarını itirmiş olacaq və məzəmmət ediləcək.

İmam buyurur:

"Bizim canımız və əmlakımız Allahın bizə verdiyi nemətdir. Bunlar istifadə üçün bizə ariyəyə verilib. Verilib ki onlardan istifadə edib bəhrələnək. Bunlardan (əmlakdan və candan) alınan şeylərə görə insana əcr verilər. Bu zaman kimin ahu-zarı səbrinə üstün olsa həmin əcri məhv olub gedər. Biz bundan Allaha pənah aparırıq”.
(islaminsesi)
Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031