Ayətullah Şahabadinin Həşr surəsi haqda maraqlı tövsiyəsi
Mьəllif: admin1
Tarix: 27-08-2021, 22:06
Ayətullah Şahabadinin Həşr surəsi haqda maraqlı tövsiyəsi
Həşr surəsi Quranı-Kərimin 59-cu surəsidir. Həşr insanların qiyamət günündə qəbir evindən qalxaraq məhşur olmasına deyilir.

Bu surədə müsəlmanlarla yəhudi Bəni-Nəzir qəbiləsinin münasibətlərinə aydınlıq gətirlir. Mədinə şəhərindəki münafiqlərin vəziyyəti, müsəlmanlara verilən ümumi tövsiyələr və Allahın sifətləri bu surədə yer alıbdır.

Bu surənin oxunuşunun savabına gəldikdə isə Məhəmməd peyğəmbər (s) buyurur:

“ Həşr surəsini oxuyan adam üçün bütün behişt əhli, ərş, kürsü, yeddi göy, yeddi yer, həşəratlar, küləklər, quşlar, ağaclar, canlılar, günəş, ay, mələklərin hamısı ona salam göndərər, və əgər şəxs həmin gündə ölsə şəhid kimi ölər.”

İslam dünyasının tanınmış ariflərindən olan Ayətullah Mirzə Məhəmməd Əli Şahabadi Həşr surəsinin tilavəti haqda maraqli tövsiyə verib.

O alim həmişə öz tələbələrinə bildirərdi ki onlar həşr surəsinin son 3 ayəsini elə əzbərləsinlər ki onların dilindən heç vaxt düşməsin.

O deyərdi ki insan vəfat edib qəbr evinə getdikdən sonra iki mələk onun sorağına gələr və ona rəbbin kimdir deyərək sual verər. Bu zaman siz Allahın adları olan Həşr surəsinin son 3 ayəsini onlara oxuyacaqsınız:

“O Özündən başqa heç bir tanrı olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O rəhmlidir, mərhəmətlidir! (Allah dünyada bütün bəndələrinə rəhm edən Rəhman, axirətdə isə yalnız möminləri bağışlayan Rəhimdir!)

O Özündən başqa heç bir tanrı (məbud) olmayan, (bütün məxluqatın) ixtiyar sahibi, müqəddəs (pak) olan, (bəndələrinə) salamatlıq, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyan, yenilməz qüdrət (qüvvət) sahibi, (hamını istədiyi hər hansı bir şeyə) məcbur etməyə qadir olan, (hər şeydən) böyük (hər şeyin fövqündə) olan Allahdır. Allah (müşriklərin) Ona qoşduqlarından (şəriklərdən) ucadır.

O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar (əsmayi-hüsna) ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”

Ayətullah Şahabadi davam edir: Əgər siz belə cavab versəniz mələklər mat-məəttəl qalacaq. Çünki bu ( bu 3 ayə) haqq həzrətlərini öz bəyanı ilə tanıtdırmaqdır. Bu Allahı məxluqatın sözü ilə tanıtdırmaq deyil. Ona görə mələklər heyran qalacaqlar bu cavaba”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930