İNSAN ÖZ TƏBİBİDİR
![]() İnsan nəfs xəstəliklərini, bu xəstəliklərin əlamətlərini, bu xəstəliklərin müalicə yollarını öyrətdikdən sonra özü özünə əlac etməlidir. İnsan öz xəstəliyini başqalarından daha yaxşı hiss edir. Əgər o öz nəfsini gözləməsə, öyüd-nəsihətin heç bir faydası yoxdur. İslam dininə görə nəfsin müalicəsi daxildən başlanmalıdır. Bu, İslamın mühüm tərbiyə üsullarından biridir. “Qiyamət” surəsinin 14-cü ayəsində buyurulur: “Doğrusu, insan öz nəfsini daha yaxşı tanıyır.” Həzrət Sadiq (ə) buyurur: “Sən öz nəfsinin təbibisən, Sənə dərd və onun əlamətləri bəyan edilmiş, davası tanıtdırılmışdır”; Hər bir insanın daxilində nəsihətçin olsa, daim yaxşılıq içində olarsan.” Həzrət Əli (ə) buyurur: “Ən aciz insan nəfsinin islah edə bilməyən insandır”; “İnsan öz nəfsinə sahib durmalı, daim qəlbini və dilini qorumalıdır.” Hər hansı bir günahla üz-üzə dayanmış insanı bu günahdan kim qurtara bilər?! O günahı tanıyır, bu günah müqabilində itirəcəklərindən xəbərdardır. O bilir ki, günahın ləzzəti bir anda ötüb keçəcək, ağrıları isə əbədi yük olacaq və əql “günahdan çəkin” deyir. Oxşar xəbərlər
|