Əmmarə nəfs – yaltaq münafiq kimidir. Ondan necə müdafiə olunaq?
Mьəllif: admin1
Tarix: 21-02-2016, 19:41
Əmmarə nəfs – yaltaq münafiq kimidir. Ondan necə müdafiə olunaq?

Quran və hədislərimiz bizə söyləyir ki, nəfs – insanın ən təhlükəli və qatı düşmənidir. Nəfs dedikdə, insanın istək və meylləri nəzərdə tutulur.
Qurani-Kərim Yusifin (ə) dili ilə deyir: “(Yusuf, yaxud Əzizin zövcəsi dedi:) «Mən öz nəfsimi (Allahın diqqət və nəzəri olmadan)təmizə çıxarmaq istəmirəm. Çünki, Rəbbimin rəhm etməsi istisna olmaqla (insanın) nəfs(i) daim pisliyə əmr edəndir. Həqiqətən mənim Rəbbim çox bağışlayan və mehribandır»”. (“Yusif” 53).
Əmirəl-möminin (ə) buyurur: “Əmmarə nəfs - yaltaq münafiq kimidir. Dosta uyğun rəftar edər, o zamana qədər ki, hiylə işlədər və düşmən kimi hakim olar. İnsanı bəyənilməyən vəziyyətə salar”. (Tebyan)
Bəs bu düşmənlə nə edək?
Allaha pənah aparmaq – ən yaxşı yoldur. Bu nəfs təhlükəli olduğu üçün, insanın həlakət amili ola bilər. Həzrət Peyğəmbər (s) buyurur: “Nəfsinin qarşılığında Allahdan yardım istə”. Əziz Peyğəmbər (s) bu qısa kəlamı ilə insana doğru yolu göstərir.
İnsanın nəfsi iki iş görməyə qadirdir. Onlardan biri – Allah Təala üçündür ki, bu iş insanı İlahi qəzəbdən xilas edər. Biri isə insanın nəfsinə aiddir. Bu, o məsələlərdir ki, insan ruzi qazanması üçün yerinə yetirməlidir. Əgər insan ancaq bu məsələlərə qərq olmasa və Allah Təalanı unutmasa, o zaman nəfsi islah ola bilər.
İnsanın islah olmasında təsirli ola bilən amillərdən biri – ağıl və düşüncələri işə salmaqdır.
Həzrət Peyğəmbədən (s) gələn hədisdən aydın başa düşmək olur ki, ağıl insanın nəfsini təkmilləşdirə bilər. Belə ki, Həzrət (s) buyurur: “Heç bir peyğəmbər məbus olmamışdır və heç bir rəsul göndərilməmişdir, məgər o halda ki, ağılı kamil olmuşdur. Onun ağılı bütün ümmətlərin ağılından üstündür”.
Bu hədis buyurur ki, ağılın islah etmək qüvvəsi o qədər çoxdur ki, İlahi peyğəmbərlər (ə) risaləti qəbul etməzdən əvvəl özlərini bu silahla təchiz ediblər və sonra da ondan istifadə edib, qalan insanları islah ediblər. Ağıl, hidayət edə blən qüvvəsinə görə insanları tərbiyə edər, salehlərin sırasına qoşar.
İmam Sadiq (ə) buyurur: “Ağıl – elə bir vasitədir ki, Allah onunla pərəstiş olunmuşdur və onun vasitəsilə behişt insana nəsib olmuşdur”.
Beləliklə, deyə bilərik ki, təhlükəli və qatı düşmən olan nəfsi hər bir insan tanımalı və onu islah etməlidir. Bu yolda ona ağlı və düşüncələri yardım edə bilər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930