Həyatımızı islah etmək üçün 4 yol
Mьəllif: admin1
Tarix: 18-10-2021, 10:24
Həyatımızı islah etmək üçün 4 yol
Müsəlman olmaq və İslami ədəbə bürünmək o deməkdir ki, insanın həyatı İlahi ubudiyyət yolunda sərf olunmalıdır. Bəs həyatımızı bu yola salmaq və onu islah etmək üçün nə edək?

"Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz". (“Qəsəs” 77).

Birinci yol. Gələcəyi düşünək. Dinimiz buyurur ki, bu dünyada indiki zamanını düşündüyün kimi, gərək gələcəyini də düşünəsən.

“Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır”. (“Həşr” 18).

İnsan gərək gələcəyinə görə bir proqrama malik olsun və hansı işlər görəcəyini qabaqcadan müəyyən etsin. Bilsin ki, axirəti üçün hansı əməlləri göndərsə onun üçün daha faydalı olar.

İmam Əli (ə) buyurur: “Möminlər o kəslərdir ki, öz gələcəklərini tanıyarlar”.

İnsanın gələcəyi bu gün gördüyü əməllərindən asılıdır. Ona görə də insan bu gün gördüyü hər bir işini ölçüb-biçməlidir. Əgər gələcəyi və axirəti üçün faydalıdırsa, o zaman yerinə yetirməlidir.

İmam Əli (ə) buyurur: “O kəs ki, tədbirsiz və işin sonunu düşünmədən bir iş görərsə özünü bəla və müsibətlər təhlükəsinə atmış olar”.

İkinci yol. Dünyanın gözəlliklərini əldən vermə və dünyada olan payını da unutma. Allah heç bir zaman buyurmur ki, dünyanı buraxın. Buyurur ki, ona aldanmayın, bel bağlamayın. Ondan axirətiniz üçün bəhrələnin və bu dünyada əkin ki, axirətdə bəhrəsini biçəsiniz.

“De: Allahın Öz bəndələri üçün yaratdığı zinətləri və pak ruziləri kim haram etmişdir?!". "De: Onlar (həmin zinət və pak ruzilər) dünya həyatında iman gətirən kəslər üçündür (hərçənd ki, kafirlər də onlarla şərikdirlər), Qiyamət günü isə yalnız onlara (möminlərə) məxsus olacaqdır. Biz Öz ayələrimizi bilən dəstə üçün beləcə ətraflı bəyan edirik”. (“Əraf” 32).

Üçüncü yol. Gəl və yaxşılıq et, necə ki, Allah sənə etmişdir. Çətinliyə düşən zaman sizə necə yardım edilməsini istəyirsinizsə, başqalarına qarşı bu cür rəftar edin.

“Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195).

“Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir”. (“İsra” 7).

Dördüncü yol. Duz-çörək ye, ancaq duz qabını sındırma. Yer üzündə fəsad etmə ki, Allah fəsad edənləri sevməz. Ömrümüz Allahın bərəkət və xeyir süfrəsidir.

Hər birimiz bu süfrə başında müəyyən edilmiş zamana qədər əyləşərik. Bütün bu xeyir və bərəkətə görə Allaha borcluyuq.

Bu borcu qaytarmağın tək yolu isə Allahın bizim üzərimizə qoyduğu vəzifələri ən gözəl şəkildə yerinə yetirməkdir.

Dinimiz bizdən nə istəyirsə, yerinə yetirək. Əgər Quranın buyurduğu həyat tərzi ilə yaşasaq, həm bu dünyada və həm də axirətdə xoşbəxt olarıq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031