Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Mьəllif: admin1
Tarix: 26-05-2021, 11:44
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə hansı formada zahir olacaq və kimlərdən şikayət, kimlərə şəfaət edəcək?

Cavab: Hədisi qüdsidə Əbu Cəfər (əleyhissalam) buyurur: Ey Səd Quranı öyrənin. Çünki qiyamət günü Quran gözəl bir surətdə zahir olacaqdır.

Allah Qurana xitab edərək buyurur: Ey Mənim yer üzündəki höccətim, Mənim sadiq və natiq kəlamım, Məndən istə əta, edim şəfaət et, şəfaətini qəbul edim.

Quran deyər: Pərvərdigara, camaatdan bəziləri məni möhtərəm sayır, məni hifz edir və məndə olan hökmləri zay etmirdilər. Lakin başqa bir qrup isə mənə ehtiramsızlıq edir, məni təhqir və təkzib edirdi, halbuki mən Sənin bütün məxluqatına höccət idim.

Allah buyurar: And olsun Öz izzət və cəlalıma, bu gün sənin xatirinə ən yaxşı savabları o kəslərə verəcəyəm ki, sənin hökmlərinə riayət etmişlər.

Həmçinin ən pis cəzanı o kəslərə verəcəyəm ki, sənə qarşı hörmətsizlik etmişlər. Sonra Həzrət buyurdu: Bu zaman bizim şiələrimizdən bir nəfər irəli gələr, Quran onun barəsində Allaha belə ərz edər: Pərvərdigara, bu Sənin bəndəndir, Sən onun əməllərinə daha agahsan. Bu şəxs tamamilə mənə qulaq asırdı.

Hər nə deyirdimsə onu dost tutur, hər şeyi pis təqdim edirdimsə duşmən tuturdu. Sonra Allah tərəfindən belə xitab gələr: Mənim bu bəndəmi behiştə daxil edib behiştin gözəl libaslarını ona geyindirin, başına tac qoyun.
(nur-az.com)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031