Möminlərin duasının qəbul olmayacağı zaman
![]() İslam dinində ictimai qınağı formalaşdıran vacib hökmlər və ondan irəli gələn əməllərdən biri də yaxşı işə sövq etmək, pis işdən çəkindirmək vacibidir. Bu vacib əməl cəmiyyəti mənəvi bəzən də maddi baxımdan toxunulmaz qalmasını təmin edən hökmlərdəndir. “əl-Əmrə bil-Məruf” və “ən-Nəhyə ənil-Munkər” Quran ayələrində ən çox təkrarlanan və təkid edilən əməllərdəndir. İslam dinində vacib əməllərin öndə gedənlərindəndir. Buyurulur ki bu əməli yerinə yetirməyən cəmiyyətdən bərəkət alınar və onlara bəlalar nazil olar. Vəsailuş-şiə əsərində İmam Rza bu əməli yerinə yetirməyən cəmiyyətə belə xəbərdarlıq edibdir: “İnsanları yaxşı işlərə sövq edin və onları pislərdən çəkindirin! Yoxsa sizin ən pisləriniz sizə hakim kəsiləcək, bu zaman yaxşılarınız nə qədər dua etsə belə qəbul olmayacaq.”İslaminSesi\ Oxşar xəbərlər
|