Cəmiyyət üçün faydalı olan şəxsin 5 vacib xisləti
Mьəllif: admin1
Tarix: 4-11-2022, 11:14
Cəmiyyət üçün faydalı olan şəxsin 5 vacib xisləti
Məhəmməd peyğəmbərdən (s) nəql edilən bir hədisə görə, xalqın ən xeyirli və faydalı şəxsi cəmiyyətə daha çox fayda verəndir.

Hədis, xalqın və cəmiyyətin mənfəətinin dini baxımdan nə qədər vacib amil olduğunu göstərir. Din öz hücrəsi və mehrabına qapılıb ömrünü ibadətə sərf edən digər tərəfdən cəmiyyətə bir fayda verə bilməyən obrazı da bəyənmir.

İslam dinində Allahın buyurduğu hökmlərə diqqət edək: Xums, Zəkat, Sədəqə, Valideynə hörmət, dinin kəsdiyi cəza hökmləri bütün bunların hamısı insanın cəmiyyətə fayda verməsi üçündür.

Hətta Allaha ibadət sayılan orucu yeyən insan belə kəffarə vermək istədikdə 60 insanı doyuzdurub, kəffarəsini yerinə yetirmiş olur.

Gündəlik namazını qıla bilməyən şəxs qəza ilə birgə 3 müdd təam verməli olur və sair. Bir sözlə Allahın buyurduğu hökmlərin çoxu insanın cəmiyyətə fayda verməsi istiqamətindədir.

İnsan cəmiyyətə faydalı olub, olmadığını nədən bilə bilər? Ümumiyyətlə insanda hansı xislətlər onu cəmiyyət üçün faydalı bir fərd kimi formalaşdığını göstərir?

Bəharul-Ənvar əsərində İmam Sadiqdən nəql edilən hədisdə cəmiyyəti üçün faydalı olan insanın sifətləri belə açıqlanır.

“İnsanda beş xislət var ki onlardan biri olmasa, cəmiyyət ondan bəhrələnməz: Birinci əhdi-peymana vəfa etmək, İkinci tədbirli uzaqgörən və siyasətli olmaq, Üçüncü həyalı olmaq, Dördüncü yaxşı əxlaqa və davranışa sahib olmaq, Beşinci Azad bir insan olmaq, bu xislət öncəkiləri özündə cəmləşdirir”.

İmamın buyurduğuna görə, azad olmayan, müxtəlif cəhətlərin göstərişləri əsasında həyat proqramını tənzimləyən şəxs azad deyil və o cəmiyyət üçün də faydalı ola bilməz.

Həmçinin həyasına əhəmiyyətə verməyən, islami hicabı qorumağa, cəmiyyətdə pozğunluğun yaranmasına reaksiya verməz və bu insan cəmiyyətin taleyyüklü məsələlərində də səhlənkarlıqdan, süstlük və qeyrətsizlikdən başqa heç nə edə bilməz.

Əhdinə və sözünə əməl etməyən insanla müqavilə, razılaşma və sözdələşmə qura bilməzsən və bu insan birbaşa cəmiyyətdəki proseslərdən uzaq qalar. Tədbiri olmayana iş tapşırmazlar. Əxlaqı və davranışı olmayan insan isə nifrət qazanar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930