Riyakar və saxtakar insanın 3 əlaməti
Mьəllif: admin1
Tarix: 7-04-2021, 21:33
Riyakar və saxtakar insanın 3 əlaməti
Qurani-Kərimdə riya sözü beş ayədə keçir. Bu ayələrdən ikisi Allah yolunda malını verənlərin özlərini nümayiş etdirdiyini bildirir və müsəlmanlara xəbərdarlıq edir.

Digər ikisində isə namazlarını, başqa sözlə, ibadətlərini insanlara göstərməyi vər­dişə çevirənlərdən bəhs edilir və nümayiş məqsədi daşıyan bu xüsusiyyət pislənir.

Sonuncu ayədə isə din adından hərəkət edənlərin azğın və riyakar davranışlarından xəbər verilir, ardınca da əmr və tövsiyələr bildirilir.

Məhəmməd Peyğəmbər (s) riya haqda buyurub: “Sizə görə ən çox qorxduğum şey kiçik şirkdir”.

Səhabələr soruşdular: “Ya Rəsulullah, kiçik şirk nədir?”

Peyğəmbər (s) buyurdu: "Riyadır, yəni başqaları görsün deyə ibadət etməkdir."

Allah-Təala qiyamət günü hər kəsin əməlinin qarşılığını verəndə ibadətlərini insanlara göstərmək üçün edənlərə belə deyəcək: “Gedin dünyada ibadətlərinizi göstərdiyiniz, özünüzü bəyəndirməyə çalışdığınız adamların yanına, görək sizə vermək üçün bir şeyləri varmı?”

əl-Vafi əsərində İmam Əlidən (ə) riyakarların əlamətləri haqda olan hədis belədir:

“Riya edənin 3 əlaməti var: 1-Camaatı görəndə aktiv olur. 2-Tək olanda tənbəlləşir və süst olur, 3- Bütün işlərdə təriflənməyini sevir”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930