İnsaf sözünü necə başa düşək?
Müəllif: admin1
Tarix: 11-03-2020, 20:08
İnsaf sözünü necə başa düşək?
İnsaf dedikdə ədalət və ehsan nəzərdə tutulur, zülm və təcavüz deyil. İmanın ardınca getmək deməkdir, nəfsani istəklərin deyil. Elm mənasını verir, cəhalətin deyil.

İnsafın yolu – Allahın kitabı və Peyğəmbərin (s) sünnətidir. Bizim bu yolda nümunə və örnəyimiz - əziz Peyğəmbərdir (s).

"Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir. Sizə öyüd verir ki, bəlkə ibrət götürdünüz”. ("Nəhl” 90).

Ağamız İmam Əli (ə) bu ayədə adı çəkilən ədalətin insaf olduğunu buyurur. İmam Əli (ə) buyurur: "Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun haqlarını əda etməyi əmr edir; ədalət dedikdə məqsəd - insafdır və ehsanda məqsəd - bəxşişdir”.

Bu hədisdən belə nəticə çıxartmaq olar ki, insaf - ədalətdir. Ona görə də insaflı olmaq dedikdə, ədalətli olmaq nəzərdə tutulur.

Həzrət Peyğəmbər (s) buyurur: "O şeyi ki, özün üçün bəyənmirsən, başqası üçün də bəyənmə. O şeyi ki, özün üçün istəyirsən, qardaşın üçün də istə ki, hökm çıxardan zaman ədalətli olasan, səma əhli yanında sevimli və yer əhlinin ürəyində məhbub”.

İmam Sadiq (ə) ədalətli insan haqqında buyurmuşdur: "O kəsdir ki, gözünü harama bağlasın, dilini günah və əlini insanların malından saxlasın”.

İmam Əli (ə) buyurur: "Hər kəsin gizlisi aşkarı ilə eyni olar, rəftarı danışığı ilə uyğun olar. O elə bir insandır ki, əmanəti vermiş və ədaləti həyata keçirmişdir”.

İmam Əli (ə) buyurur: "Ədalətin dörd bölməsi vardır: mürəkkəbləri dərk etmək, çoxlu elm, aydın hikmət, səbir. Ona görə də hər kim başa düşsə, bütün elmləri şərh edər. Hər kim bilsə, hikmətin mənbəyini tanıyar. Hər kim səbirli olsa, işində səhlənkarlıq etməz və insanların arasında xoş adla dolanar”.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim insanlarla ünsiyyətdə onlara zülm etməz, yalan deməz, vədəsinə xilaf çıxmaz, comərdliyi kamil, ədaləti aşkar və onunla qardaş olmaq vacib və qeybəti haramdır”.

İmam Əli (ə) buyurur: "Ən adil insan o kəsdir ki, ona zülm edən kəslə insafla rəftar edər”.

İmam Əli (ə) buyurur: "Ədalətli siyasət üç şeydir: uzaqgörənlik, kamil ədalət, mötədil olan ehsan”.

İmam Əliyə (ə) belə bir sual verirlər ki, ədalət üstündür, yoxsa güzəşt? İmam (ə) buyurur: "Ədalət hər şeyi öz yerinə qoyar, güzəşt isə məsələləri öz cəhətindən xaric edər. Ədalət syasətdir, ancaq güzəşt xüsusi bir haldır. (Yəni bir və ya bir neçə insana aid ola bilir). Ona görə də ədalət üstündür”.

İmam Sadiq (ə) buyurur: "Əgər insanların arasında ədalət bərqərar olsaydı, hamı ehtiyacsız olardı. Allah Təalanın izni ilə səma ruzisini aşağı göndərərdi. Torpaq bərəkətini bayıra tökərdi”.



Deyerler.org
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930