QURANDA BƏRABƏRLİK
Mьəllif: admin1
Tarix: 24-11-2020, 21:08
QURANDA BƏRABƏRLİK
Quranın digər ayələrində də insanların bütün işlərdə orta müvqe tutmaları (ifrat və təfritə yol verməmələri) tüvsiyə olunur.

«Allah sizə əmanətləri üz sahiblərinə qaytarmanızı və insanlar arasında hükm etdiyiniz zaman ədalətlə hükm etmənizi əmr edir». (Nisa surəsi, ayə 58)

« Ədalətli olun. Bu təqvaya daha (boş yer) yaxındır». (Maidə surəsi, ayə 8)

«Süz süylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun (boş yer)». (Ənam surəsi, ayə 152)

«Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər gürməyi və zülm etməyi isə qadağan edər. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə üyüd-nəsihət verir!» (Nəhl surəsi, ayə 90)

Quran həyatın bütün sahələrində ədaləti hər şeydən üstün tutur və müsəlmanlara da daim bu meyara əsaslanmağı tüvsiyə edir. Onlardan bir neçəsi haqda sühbətə bəşlayırıq.

1. SƏRVƏT VƏ MÜLKİYYƏT

Quran insanın orta həyat səviyyəsində yaşamasını, israfa yol verməyib, imkansızlara qarşı xəsis olmamasını tüvsiyə edir. Quranın bir çox ayələrində insanların xəsislik və paxıllıqdan uzaq olmaları əmr olunur:

«Allah tərəfindən bəxş olunmuş mal-düvləti sərf etməyə xəsislik edənlər, heç də bunu üzləri üçün xeyirli hesab etməsinlər. Xeyir, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Güylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır». (Ali İmran surəsi, ayə 180)

Eyni zamanda insanların israfdan çəkinərək bir qədər əliaçıq olmaları tüvsiyə olunur.

«İsraf etməyin. Allah israf edənləri sevməz!» (Ənam surəsi, ayə 141)

«Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər Şeytanın qardaşlarıdır». (İsra surəsi, ayə 27)

«Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et. Yoxsa həm qınanarsan, həm də peşiman olarsan». (İsra surəsi, ayə 29)

2. İNTİQAM VƏ ƏFV ETMƏKDƏ ƏDALƏT

Quran insanı həyatın acılı-şirinli günlərinə adət etməyə, qarşısına çıxan bəla və müsibətlərə səbr etməyə tüvsiyə edir. Səbr edənlərin büyük nemətlərlə mükafatlandırılacaqlarına bəşarət verir:

«Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir». (Zumər surəsi, ayə 10)

«Allah səbr edənləri sevər». (Ali İmran surəsi, ayə 146)

Amma bu heç də o demək deyildir ki, Quran insanları zülmə qarşı mübarizə aparmaqdan çəkindirir və onların zülmə tabe olmalarını tüvsiyə edir. Xeyir! Quran məzlumlara, üz haqlarını tələb etmək lazım gələrsə, mübarizəyə belə qoşulmasını əmr edir.

Bəqərə surəsinin 194-cü ayəsində bu haqda deyilir:

«Sizə qarşı həddini aşanlarla siz də həmən ülçüdə həddi aşın (cavab verin)».

* * *

Quran, qətlə yetirilmiş şəxsin sahibinə həddi aşmadan (yəni daha ağır əzab nüvlərindən istifadə etmədən) qisas almaq ixtiyarın vermişdir.

«Haqsız yerə üldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdikdə (istəsə qatildən qisas alar, istəsə bağışlayar və ya qanbahası tələb edər). Lakin, o da qətl etməkdə ifrata varmasın. (qisas almalı olsa, yalnız qatili üldürməklə kifayətlənsin». (İsra surəsi, ayə 33)

3. MADDİ VƏ MƏNƏVİ İŞLƏRDƏ ƏDALƏT

Quranın qanunvericilik prinsipləri ədalət üzərində qurulduğu üçün, onda dünya və axirət qanunları arasında müəyyən oxşarlıq vardır. Quran, tüvratda olduğu kimi yalnız insanların maddi həyatlarına diqqət yetirərək axirət dünyasını onların zehnindən silməmişdir.

Belə ki, xeyirxah işlər gürən şəxslərin mükafatını, məhz dünyəvi var-düvlətdə və başqalarının üzərində hakimiyyətdə gürür. Və eyni zamanda incildə olduğu kimi, yalnız axirətə qapılaraq dünyəvi həyatdan əl çəkməyi kimsəyə tüvsiyə etməyir.

Quran həm insanları axirət dünyasına süvq edir, həm də dünyəvi halal ləzzətlərdən züvq almağı tüvsiyə edir.

«Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu ağacların altında çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (müminlər üçün) büyük uğur və qurtuluşdur! Hər kəs Allaha və peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab güzləyir. (Nisa surəsi, ayə 13-14)

«Kim (dünyada) zərrə qədər yaxşı iş gürmüşdürsə, onun xeyirini gürəcəkdir (mükafatlanacaqdır).

Kim zərrə qədər pis iş gürmüşdürsə, onun zərərini gürəcəkdir (cəzasnı çəkəcəkdir)». (Zilzal surəsi, ayə 7-8)

«Allahın sənə verdiyindən üzünə axirət qazan (malını Allah yolunda sərft et). Dünyadakı nəsibini də unutma». (Qəsəs surəsi, ayə 77)

Quranın bir çox ayələrində elm və təqvaya tüvsiyə olunmaqla yanaşı, dünyəvi halal ne`mətlərdən səmərəli istifadə etməyə də xüsusi diqqət yetirilir.

«(Ya Məhəmməd!) De ki, Allahın üz bəndələri üçün yaratdığı zinət və təmiz (halal) ruziləri onlara kim haram buyurmuşdur?» (Əraf surəsi, ayə 32)

* * *

Qeyd etdiyimiz kimi Quran, insanların dünyəvi həyatları ilə yanaşı axirət dünyasının mənəvi məsələlərinə də xüsusi diqqət yetirir. Bütün bunlarla yanaşı insan, yaradılış dünyasında müvcud olan varlıqlara və vücudunun əsrarəngiz sirlərinə yol tapmasına süvq olunur.

Burada tək insanla Allah arasında olan rabitəyə deyil, onların bir-biri ilə ünsiyyətdə olma və qarşılıqlı həmkarlıq və ehtiram prinsiplərinə də diqqət yetirilir.

4. İQTİSADİYYATDA ƏDALƏT

Qurani-Kərimdə qanuni alqı-satqı və digər müamilə üsulları halal, sələm, çəkidə və digər ülçü vahidlərində edilən kələkbazlıqlar isə haram buyurulmuşdur.

«Allah, alış-verişi halal, sələm almağı isə haram (qadağan) etmişdir». (Bəqərə surəsi, ayə 275)

«Ey iman gətirənlər! Əhdlərə sadiq olun!» (Maidə surəsi, ayə 1)

5. HƏYAT YOLDAŞINI SEÇMƏKDƏ ƏDALƏT

Bəşəriyyətin yer üzündə çoxalaraq qalmasının yeganə amili varsa, o da evlənmək və ailə qurmaqdır. Bu səbəbdən də Allah-Taala insanlara müəyyən olunmuş qanunlar çərçivəsində evlənmə əmrini vermişdir.

«(Ey müminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh (yaxud evlənməyə qabil) külə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah üz lütfü ilə onları düvlətli edər. Allah (lütf, mərhəmət) geniş olan və (hər şeyi) biləndir!» (Nur surəsi, ayə 32)

«Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə biləcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dürd nəfəri ilə nikah bağlayın». (Nisa surəsi, ayə 3)

6. RƏFTAR VƏ ÜNSİYYƏTDƏ ƏDALƏT

Quran, insanı həyat yoldaşı ilə xoş rəftar etməyə, onun maddi-mənəvi ehtiyaclarını ödəməyə və digər müsəlmanlarla, xüsusilə ata-ana, yaxın qohumlarla da güzəl rəftar etməyə dəvət edir.

Başqalarına qarşı xoş rəftar etmək və səmimi ünsiyyətdə olmaq yalnız müsəlmanlara deyil, eləcə də bütün bəşəriyyətə vacib olan məsələlərdəndir.

«Onlarla (qadınlarınızla) güzəl (Allah buyurduğu kimi) rəftar edin». (Nisa surəsi, ayə 19)

«Kişilərin qadınlar üzərində şəriətə gürə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır». (Bəqərə surəsi, ayə 228)

«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin. Həqiqətən Allah üzünü bəyənənləri və lovğalıq edənləri sevməz». (Nisa surəsi, ayə 36)

«Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad türətməyə cəhd güstərmə. Həqiqətən, Allah fitnə-fəsad türədənləri sevməz». (Qəsəs surəsi, ayə 77)

«Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır». (Əraf surəsi, ayə 56)

Ayətullah Haci Seyid Əbülqasim Xoyi



Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031