İmam Əlinin (ə) dünən, bugün və sabahımız barədə tövsiyəsi
![]() Hədislərin birində vaxtın keçməsini buludların sürətlə keçməsinə bənzədilib və müsəlmana ondan istifadə etmək lazımi şəkildə yararlanmaq tövsiyə edilir. Əxlaq alimlərinin tövsiyələrində daha çox buyurulan məsələ vaxtın dəqiq şəkildə tənzimlənməsi və onun bihudə yerlərə sərf edilməməsidir. Nəql edilən hədislərin birində vaxtın nəfəslərdən təşkil edildiyi və bu nəfəslərin hər birinində ölümə sarı atılan bir addım olduğu göstərirlir. İmam Əli (ə) buyurur: Sənin vaxtların ömrünün hissələridir, elə isə vaxtını səni xilas edəcək işlərdən qeyrisinə sərf etmə. İmam Əli dünənimiz, bugün və sabahımız barədə maraqlı bir hədis buyurur ki burada insanın zamana baxışı düzgün şəkildə təsvir edilir: “Sənin dünənin əlindən gedib, Sabahına da yəqinin yoxdur, Sənin bu günün qənimətdir, ona görə bu fürsətdən istifadə et!” Oxşar xəbərlər
|