Ömrün və zamanın tənzimlənməsi ilə bağlı İmam Rza(ə)-dan möhtəşəm göstəriş
Mьəllif: admin1
Tarix: 12-03-2016, 11:56
Ömrün və zamanın tənzimlənməsi ilə bağlı İmam Rza(ə)-dan möhtəşəm göstəriş
Hədislərə əsasən vaxtlarımızın tərkib hissəsini təşkil edən nəfəslərimiz ölümə sarı atdıqımız addımlardır. Hər nəfəsdə ölümə bir addım yaxınlaşırıq. Vaxtımız ömrümüzün hissələridir. Elə isə bu vaxtı yalnız bizi xilas edəcək işlərə sərf etməliyik. İmam Əlinin kəlamına görə ömründən istifadə edə bilməyib onu itirən mağmun və ziyan görmüş bir şəxsdir, amma bu dünyadan bəhrələnən ömrünü Allahın ibadətində və xalqa xidmətə sərf edə biləndir.

Pulumuzda qənaət etdiymiz kimi, vaxtımızda da qənaət etməliyik onu harada, kimə, hansı işə sərf etdiyimizə dəqiqiliklə yanaşmalıyıq. Bir müsəlmandan o dünyada sual olunacaq mövzulardan biri də gəncliyin hara sərf edilməsidir. Bir çox inanclı mömin belə vaxtının tənzimlənməsində kobud səhvlərə yol verə bilər. Hazırki cəmiyyətimizdə bəzi inanclı şəxslər tərəfindən ailəyə lazımi vaxtın ayrılmaması da buna əyani sübut ola bilər.

İmam Rzadan vaxtın tənzimlənməsi barədə nəql olunan hədis bir çoxları üçün həll sayıla bilər.

Fiqhur-Riza əsərində İmamdan belə nəql edilir:

“Çalışın zamanınızı 4 hissəyə bölə biləsiz. O zamandan bir hissə Allaha münacat etməyə sərf olmalıdır. İkinci hissə ruzi əldə etmək üçün, üçüncü vaxt din qardaşları, etimad edilən şəxslər, sizin eyblərinizi sizə xatırladanlara və qəlbən sizi istəyənlərə sərf edin, digər hissəni isə halal ləzzətlərə sərf edin”.İslaminSesi\


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930