Mömin gərək həyatını sistemli və proqramlı qursun
Mьəllif: admin1
Tarix: 12-10-2015, 14:57
Mömin gərək həyatını sistemli və proqramlı qursun

Gündəlik işləri proqramlaşdırmaq və tədbirli olmaq Məsumların (ə) tövsiyəsidir.

Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və İmamdan (ə) soruşur ki, siz niyə öz sərmayənizi müxtəlif yerlərə qoymusunuz? Axı əgər malınız bir yerdə olsaydı, iqtisadi cəhətdən sizin faydanıza olardı. Çünki onu qorumaq daha asan və az pulla mümkün olardı. İmam (ə) ona belə cavab verir: "Mən malımı müxtəlif yerlərdə ona görə qərar vermişəm ki, əgər birinə zərər dəysə, o birisi ziyandan amanda olsun".

İmam Əli (ə) ömrünün son günlərində övladlarına vəsiyyət edir və buyurur: "Siz iki oğluma və bütün övladlarıma, ailəmə və o kəslər ki, bu vəsiyyətnamə onlara çatar, İlahi təqvaya riayət etməyi və həyat işlərində nizamlı olmağı vəsiyyət edirəm".

İmam Əli (ə) başqa bir hədisdə buyurur: "Mömin gərək gecə-gündüzünü üç hissəyə bölsün: Allaha ibadət etmək üçün zaman, həyat xərclərini qazanmaq üçün zaman, nəfsi halal ləzzətlərə vadar etmək zaman".

Gündəlik işləri proqramlaşdırmaq üçün hədislərimiz bir neçə yol göstərir.

Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Aqil şəxsin həyatı gərək üç hissədən ibarət olsun: bir hissəsində Allahla münacat etsin, bir hissəsində nəfsini mühasibə etsin, qalan hissəsini də yemək və içməyə ayırsın. Bu axırıncı hissə - o biri iki hissəyə yardımçıdır".

İmam Sadiq (ə) buyurur: "Aqil müsəlman üçün layiqlidir ki, zamanını elə müəyyən etsin ki, özünə, Allaha və əməllərinə yetişə bilsin. Qardaşları ilə görüşmək üçün saat təyin etsin ki, bir-biri ilə axirət haqqında söhbət etsinlər. Bir müddəti halal ləzzətlər üçün təyin etsin. Çünki bu müddət o biri iki zamanda fəaliyyət göstərmək üçün lazım olan gücü hazır edər".

İmam Rzadan (ə) gələn hədisdə isə insanın gecə və gündüzü dörd hissəyə bölünmüşdür. Həzrət (ə) buyurur: "Səy göstərin ki, gecə-gündüzünüzü dörd hissəyə ayırasınız: bir hissəsi Allaha ibadət və münacat üçün, bir hissəsini ruzi qazanmaq üçün, bir hissəsini etimad etdiyiniz din qardaşınızla söhbət etmək üçün, bir hissəsini də ləzzətlər üçün ayırın ki, bu sonuncu hissə o biri hissələri yerinə yetirmək üçün sizi daha hazırlıqlı edər".

Xülasə, bu hədislərdən belə nəticə çıxartmaq olar ki, insan həyatını elə tənzimləməlidir ki, həm ibadəti, həm ruzi qazanması, həm din qardaşları ilə görüşməsi və həm də halal ləzzətlər üçün yer olsun. Heç biri unudulmasın./deyerler/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930