Qiyamətdə insanı İbrahim Peyğəmbər (ə) səviyyəsinə yüksəldən əməl
Mьəllif: admin1
Tarix: 30-06-2021, 15:05
Qiyamətdə insanı İbrahim Peyğəmbər (ə) səviyyəsinə yüksəldən əməl
Hədislərə əsasən xəstəliklər günahlara görə insana vurulan şallağa bənzəyir ki bundan sonra onun günahları (Allaha qarşı olan günahlar) məhv olub gedər.

Allah sanki xəstəliklə bəndələrini tərbiyələndirir və onların cəzasını qiyamətdə deyil elə bu müvəqqəti dünyada vermək istəyir.

Sağlamlıq insanın bu dünyada bəhrələndiyi ən mühüm maddi nemətdir ki onun əvəzini heç nə verə bilmir. O itəndə insanın əlacı hər yerdən kəsilir.

Hədislərə görə xəstələrə baş çəkməyin savabı çox böyükdür. Hədislərdə buyurulur ki, "xəstələrə baş çəkin, cənazələri qəbirlərə qədər yola salın. Çünki bu sizə axirəti xatırladar".

Daha sonra buyurulur ki, "kim bir xəstəyə baş çəksə, Allahın mərhəmətinə bürünmüş olar".

Amma xəstələrə baxan və onların qulluğunda duranın məqamı isə daha ucadır. O qədər ki hətta İbrahim Xəlilullahın məqamına da yüksələ bilər.

Bu barədə Həzrət Peyğəmbər (s) buyurur:

"Xəstəyə bir gecə-gündüz baxıb onun qulluğunda duran adamı Allah qiyamətdə İbrahim Xəlilullahla birgə məhşur edər".
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930