Qiyamətdə hamının ağlayacağı zaman bu gözlər yaşarmaz
Mьəllif: admin1
Tarix: 1-12-2020, 12:07
Qiyamətdə hamının ağlayacağı zaman bu gözlər yaşarmaz

İnsanın etdiyi günahların əksəriyyəti onun bədən üzvləri ilə həyata keçirilir.

Onların arasında əl, dil və gözlə edilən günahlar daha çoxdur. Gözlə edilən günahlar arasında harama baxmaq böyük günahlardan biridir.

Mərhəmətli Allah bəzi insanlara qiyamət günündə bütün gözlərin ağlayacağı vaxt bəzi gözlərin hətta yaşarmayacağını belə vəd edibdir.

Allahın bu vədi Məhəmməd peyğəmbərdən (s) İmam Əliyə (s) buyurduğu tövsiyələrin birində yer alıbdır:

“Ey Əli bil ki qiyamət günü 3 gözdən savayı bütün gözlər ağlayacaqdır: Allah yolunda (yuxuya getməyib) açıq qalan gözlər, Allahın buyurduğu haramlardan yumulan gözlər və Allahın xofundan və qorxusundan yaşı axan gözlər”.

Gözün günahları barədə kifayət qədər xəbərdar edən hədislər mövcuddur.

İmam Sadiq (ə) buyurur: "İsa (ə) səhabələrinə dedi: Çirkin baxışlardan çəkinin. Çünki bu baxışlar insan qəlbində günaha meyl toxumunu əkir. Bu baxış, sahibi üçün fitnə törədir. Xoş o şəxsin halına ki, baxışı gözündə yox, qəlbindədir".

Həzrəti Əli (ə) buyurur: "Bədəndə gözdən naşükür bir üzv yoxdur. Onu istəklərindən məhrum edin. Çünki o sizi Allahdan uzaqlaşdırır".

Məhəmməd Peyğəmbər (s) buyurur: "Hər bir üzvün özünəməxsus zinası var. Gözün də zinası naməhrəmə baxmaqdır".


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930