Marneulidə Məbəs bayramı keçirilib
Müəllif: admin1
Tarix: 16-05-2015, 19:10
Marneulidə Məbəs bayramı keçirilib

Bu gün Əhli-Beyt (ə) Cəmiyyətinin Hüseyniyyəsində həmin cəmiyyətin nəzdində fəaliyət göstərən Əhli-Beyt (ə) Aşiqlər Forumu və " Zeynəb (s.ə)" Qadınlar Təşkilatının birgə təşkilatçılğı ilə Məbəs bayramı münasibəti ilə bayram tədbiri keçirildi.
Rza Cəfərinin oxuduğu Quran tilavəti ilə açılan məclisdə aparıcı Elçin Daşdanzadə iştirakçıları salamlayıb təbrik edərək sözü Bakıdan təşrif buyurmuş "Cəfəri-Muminun" ilahi nəğmlər qrupuna verib.
Sonra söz Beynəlxalq əl-Mustafa (s) Univerisitetinin Gürcüstan nümayəndəsi höccətul-İslam vəl-muslimin Davud Ğəşəmiyə verib. Cənab Davud Ğəşəmi əziz İslam Peyğəmbərinin uca şəxsiyyətindən, Besətin hədəf və mahiyyətindən, insanlıq aləminin Besətdən sonra vəzifələrindən və nemətdən danışıb.
El ağsaqqalı Seyyid MirAğa xalqı təbrik edərək Əhli-Beyt (ə)-in şəninə şeirlər söyləyib.
Daha sonra dünən Əhli-Beyt (ə) Cəmiyyətinin qız tələbələri arasında keçirilmiş "Cümə" sürəsi üzrə qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Məclis "Cəfəri-Muminun" ilahi nəğmələr qrupunun ifa etdiyi mütəlif mövzulu mahnılarla davam edib.
Bayram mərasimi ehsan süfrəsi ilə sona çatıb.

Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib
Marneulidə Məbəs bayramı keçirilib


ahlibeyt.ge
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930