Bu gün Əhli-Beyt (ə) Aşiqləri Forumunun toplantısı olub.foto-video
Müəllif: admin1
Tarix: 4-02-2015, 20:11
Bu gün Əhli-Beyt (ə) Aşiqləri Forumunun toplantısı olub.foto-video


Bu gün Marneuli şəhərində yerləşən Əhli-Beyt (ə) Hüseyniyyəsində Əhli-Beyt (ə) Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Əhli-Beyt (ə) Aşiqləri Forumunun həftəlik toplantısı olub.

Quran tilavəti ilə açılan toplantıda aparıcı Elçin Daşdanzadə iştirakçıları salamlayaraq sözü Əhli-Beyt (ə) Cəmiyyətinin sədri Hacı Rasim Məmmədova verib. Cənab Hacı Rasim Əhli-Beyt (ə) Aşiqləri Forumunun yaradılması səbəblərindən, qayə və hədəflərindən danışıb.

Cənab Hacı Rasim Forumun fəaliyyət perspektivində Qədir-Xum, Aşura və Zühur fenomenlərini özünə ülgü götürdüyünü vurğulayıb.

Forumun adının Şura surəsinin 23-cü "... Sizdən bunun müqabilində yaxınlarıma məhəbbətdən başqa bir muzd istəmirəm..." ayəsindən qaynaqlandığını bildirib Hacı Rasim.

Əhli-Beyt (ə) məktəbinin Gürcüstanda qədim tarixə malik olduğunu deyən Hacı Rasim, sözlərini Əhli-Beyt (ə) Aşiqləri Forumunda əməyi keçən şəxslərə təşəkkür ilə yekunlaşdırıb.

Daha sonra, toplantı iştirakçılarından Axund Hacı Fəxrəddin, həkim Hacı Novruz, Seyyid Fariz və Məşədi Azər çıxış edərək öz ürək sözlərini bildiriblər və Əhli-Beyt (ə) Aşiqləri Forumuna müvəffəqiyyət və uğur arzulayıblar.

Əhli-Beyt (ə) Aşiqləri Forumunun həftəlik toplantısı "Fərəc" duasının oxunması ilə yekunlaşıb.

Bu gün Əhli-Beyt (ə) Aşiqləri Forumunun toplantısı olub.foto-video


Bu gün Əhli-Beyt (ə) Aşiqləri Forumunun toplantısı olub.foto-video


Bu gün Əhli-Beyt (ə) Aşiqləri Forumunun toplantısı olub.foto-video


Bu gün Əhli-Beyt (ə) Aşiqləri Forumunun toplantısı olub.foto-video



Ahlibeyt.ge
Oxşar xəbərlər
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930