Gürcüstanda İmam Zamanın (ə.f) təvəllüdü möhtəşəm şəkildə keçirildi (Foto-Video)
Mьəllif: admin1
Tarix: 2-05-2018, 21:52
Gürcüstanda İmam Zamanın (ə.f) təvəllüdü möhtəşəm şəkildə keçirildi (Foto-Video)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan "Əhli-beyt (ə) cəmiyyəti" və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-beyt (ə) Aşiqləri Forumu" və "Zeynəb (s.ə) Qadınlar Birliyi"nin təşkilatçılığı ilə Ali Muhəmmədin (s) Qaimi, bəşərin xilaskarı Həzrəti Məhdinin (ə.f) təvəllüdü günü münasibətilə Marneuli şəhərinin Mədəniyyət evində möhtəşəm şəkildə tədbir keçirildi.

Tədbirdə Mömin və möminələrin həmçinin Marneuli bələdiyyəsinin meri Temur Abazov, Sakrebulonun sədri Amiran Qiorqadze və nümayəndə heyəti iştirak etdilər.

Kərbəladan Gürcüstan müsəlmanlarına hədiyyə olunan bayraqların təqdim edilməsi ilə başlayan tədbir Məşhədi Azər Məmmədovun aparıcılığı ilə baş tutdu.

Quran qarisi Kərbəlayi Rza Cəfərini Qurandan öz gözəl səsi ilə bir neçə ayə tilavət etməyi ilə açılan tədbir, İran İslam Respublikasının Qum şəhərində fəaliyyət göstərən İmam Zaman (ə.f) adına təşrif gətirən Höccətul-islam vəl-müslimin Rəhim Kargərin çıxışı ilə davam etdi.

Dəyərli alim çıxışında İmam Zamanın (ə.f) möcüzə şəklində dünyaya göz açmasından və uşaqlıq dövründən danışdı. İmam Məhdinin (ə.f) bibisi Həkimə Xatundan bir rəvayyət nəql etdi: "İmam Zaman (ə.f) dünyaya gələndə gördüm ki, uşaq əyilərək səcdəyə getdi."

Sonra Nuri-Taha qrupunun üzvləri Səid Həsən və Rza Cəfəri Əhli-beytin (ə) şəninə şeir və ilahi nəğmələr səsləndirdilər.

Daha sonra "Əhli-beyt (ə) Aşiqləri Forumu"nun təsisçilərindən olan Hacı Novruz çıxış edərək gələn qonaqları salamladı və təşəkkür etdi.

Tədbirin sonunda daha da nuraniyyət qatmaq üçün İmam Əli (ə) məscidinin axundu Hacı Hacıyev İmamın (ə) zühuruna, təşkilatçılara və qonaqlara dualar etdi.

Məclis "Fərəc" duası və ziyafət süfrəsi ilə yekunlaşdı.

Qeyd edim ki, dövlət nümayəndələrinin iştirakı bir daha dövlətimizin İslama və müsəlmanlara olan qayğısının təzahürüdür.

Zəhməti keçən hər kəsdən Allah qəbul etsin və həmçinin maddi dəstəyə görə Gürcüstan Müsəlmanlar İdarəsinə təşəkkür edirik.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031