Bu gün İmam Həsən Əskəri (ə)-ın təvəllüdü keçirildi
Mьəllif: admin1
Tarix: 28-01-2015, 23:01
Bu gün İmam Həsən Əskəri (ə)-ın təvəllüdü keçirildi


Bu gün Əhli-Beyt (ə) Cəmiyyəti, Əhli-Beyt (ə) Aşiqləri Forumu və Ağməmmədli İmam Riza (ə) məscidinin birgə təşkilatçılığı ilə Marneuli rayonunun Ağməmmədli kəndində yerləşən İmam Riza (ə) məscidinin hüseyniyyəsində imamət səmasının 11-ci nur saçan ulduzu İmam Həsən Əskəri (ə)-ın mübarək təvllüdü münasibəti ilə bayram tədbiri keçirildi.

Tədbir Elçin Daşdanzadənin oxuduğu Quran tilavəti ilə açıldı. Sonra söz Beynəlxalq əl-Mustafa Univerisitetinin Gürcüstan filialının müəllimi ilahiyyatçı Hacı Yusif Əliyevə verildi. Hacı Yusif İmam Həsən Əskəri (ə)-ın fəzilətlərindən və məsum imamların uca məqamı haqqında danışdı.

Daha sonra söz, Bakı şəhərindən təşrif buyurmuş "Vətən" ilahi nəğmələr qrupunun rəhbəri Seyyid Rövşənə verildi. Seyyid Rövşən Əhli-Beyt (ə) şəninə ilahilər ifa etdi.

Tədbirdə yerli kənd camaatı və ətraf məntəqələrdən gəlmiş inanclı müsəlmanlar iştirak etdilər.

Bayram tədbiri "Fərəc" duasının oxunması ilə yekunlaşdı.

Bu gün İmam Həsən Əskəri (ə)-ın təvəllüdü keçirildi

Bu gün İmam Həsən Əskəri (ə)-ın təvəllüdü keçirildi
[center]Bu gün İmam Həsən Əskəri (ə)-ın təvəllüdü keçirildi
Bu gün İmam Həsən Əskəri (ə)-ın təvəllüdü keçirildi

Bu gün İmam Həsən Əskəri (ə)-ın təvəllüdü keçirildi
Bu gün İmam Həsən Əskəri (ə)-ın təvəllüdü keçirildi

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930