Gürcüstanda xanımlar Hz. Məsumənin (s.ə) təvəllüdünü keçirdilər (Foto-Video)
Mьəllif: admin1
Tarix: 25-07-2017, 22:43

Gürcüstanda xanımlar Hz. Məsumənin (s.ə) təvəllüdünü keçirdilər (Foto-Video)

 Ahlibeyt.ge xəbər verir ki, bu gün "Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti” və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Zeynəb (s.ə) Qadınlar Birliyi”nin birgə təşkilatçılığı ilə Əhli-beyt (ə) Kəriməsi Xanım Məsumənin (s.ə) mübarək təvəllüd günü münasibəti ilə tədbir keçirildi.


Tədbirin aparıcıları Qum şəhərində təhsil alan Əminə xanım və Əsmayə xanım tədbirə daha da nuraniyyət qatmaq üçün Quran qarisi və "Zeynəb (s.ə) Qadınlar Birliyi"nin müəlliməsi Hafizə Hüseynovanı Qurandan bir neçə ayə tilavət etmək üçün dəvət etdilər. 

Məclisdə çıxış edən Hz. Zəhra (s.ə) mədrəsəsinin müəlliməsi Günay Quliyeva Hz. Məsumənin (s.ə) fəzilət və kəramətindən danışdı və sözünün davamında O xanımın (s.ə) timsalında ailə daxili səmimiyyətə də toxundu.


Sonra çıxış edən "Zeynəb (s.ə) Qadınlar Birliyi"nin müəlliməsi Esmira Nəsibova Əhli-beyt (ə) cəmiyyətində keçirilən dərslər və başqa proqramlar haqqında məlumat verdi həmçinin Əhli-beyt (ə) cəmiyyətində təhsil alan tələbələrin dərslərindən və ziyarətlərindən ibarət video rolik nümayiş olundu.


Məclisdə Əhli-beytin (ə) şəninə ilahilər səsləndi və ziyafət süfrəsi açıldı, sonda isə məclis Fərəc duası ilə yekunlaşdı.

 

Gürcüstanda xanımlar Hz. Məsumənin (s.ə) təvəllüdünü keçirdilər (Foto-Video)

 

Gürcüstanda xanımlar Hz. Məsumənin (s.ə) təvəllüdünü keçirdilər (Foto-Video)

 

Gürcüstanda xanımlar Hz. Məsumənin (s.ə) təvəllüdünü keçirdilər (Foto-Video)

 

 

Gürcüstanda xanımlar Hz. Məsumənin (s.ə) təvəllüdünü keçirdilər (Foto-Video)

 

Gürcüstanda xanımlar Hz. Məsumənin (s.ə) təvəllüdünü keçirdilər (Foto-Video)

 

               Gürcüstanda xanımlar Hz. Məsumənin (s.ə) təvəllüdünü keçirdilər (Foto-Video)
 
 
 

Oxşar xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30