"Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti"n də II Qədr gecəsi (Foto)
Mьəllif: admin1
Tarix: 16-06-2017, 12:25

"Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti"n də II Qədr gecəsi (Foto)

 

Ahlibeyt.ge xəbər verir ki, "Gürcüstan Əhli-beyt (ə) Cəmiyyəti" və onun nəzdində fəaliyyət gösteren "Zeynəb (s.ə) Qadınlar Birliyi"nin təşkitçılığı ilə Qədr gecəsi münasibəti ilə ötən gün II əhya gecəsi keçirildi.


Əhya gecəsi Al-Mustafa Beynəlxalq Unversitetinin tələbəsi Aidə Hüseynovanın Quran tilavəti ilə başlandı. Sonra Məşhəd şəhərində dini təhsil alan Əminə xanım uşaqlara dini tərbiyənin verilmə üsulları haqqında çıxış etdi. 
 
Məclisin davamında Əhli-beyt (ə) cəmiyyətinin müəlliməsi Esmira Nəsibova çıxış edərək İmam Əlinin (ə) şəhadətinə toxunaraq O həzrətin uca məqamından və fəzilətindən danışdı. 

Mübarək gecədə dualar oxundu və Qədr gecəsinin əməlləri yerinə yetirildi. Daha sonra İmsak süfrəsi açıldı və məclis sübh namazından sonra yekunlaşdı.
 

 

 



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930