İlahiyyatcı, Rəssam Hacı Rizvanın sərgisi
Mьəllif: admin1
Tarix: 6-05-2017, 21:54

 

Gürcüstan Rəssamlar Federasiyasının (GRF) ilk azərbaycanlı üzvü İlahiyyatcı, Rəssam Hacı Rizvan İsmayılovun "Zərrədən günəşə” adlı sərgisində 20-dən çox rəsm əsəri nümayiş olunub.

 

 

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov, "Region Press” qəzetinin redaktoru Binnət Məmmədov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, yazıçı Əli Abbas, şair Osman Əhmədoğlu, "Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı və başqaları çıxış ediblər. Rəssamın çəkdiyi əsərlərin düşündürücü və dini-fəlsəfi məna kəsb etdiyi bildirilib.

Hacı Rizvan İsmayılov indiyədək 100-dən çox əsər üzərində işlədiyini bildirib, xaricdə sərgilərinin keçirildiyini vurğulayıb. 

Tədbirin sonunda şair, yazar İbrahimxəlilin Hacı Rizvan İsmayılovdan bəhs edən "Zərrədən günəşə” adlı kitabının təqdimatı keçirilib.

Qeyd edək ki, Tiflis və Bakıda rəssamın əsərlərinin kataloqları nəşr olunub. Hacı Rizvan İsmayılovun əsərləri Gürcüstan parlamentinin kitabxanasında, Bakıdakı S. Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda, Türkiyə, Fransa və Rusiyada nümayiş olunub.

(APA)

 

Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930