Qafqazda İslamın möhkəm dayaqlar üzərində təşəkkül tapmasının səbəbləri
Müəllif: Admin
Tarix: 4-05-2017, 11:26

Qafqazda İslamın möhkəm dayaqlar üzərində təşəkkül tapmasının səbəbləri

 Xilafətin hakimiyyətini qəbul edəəhaliyə yaşamaq, mülkiyyət və din, inanc azadlığı vəd olunurdu. Digər tərəfdən Bizans və  Sasani arasında onilliklər boyu davam edən müharibələrin, xəzərlərin və digər köçəri xalqların mütəmadi hücumlarının bölgə iqtisadiyyatını zəiflətməsi, regionda bir-birini əvəz edən siyasi güclərin fərqli din, məzhəb mənsublarına qarşı təzyiqi uzunmüddətli müharibə şəraitindən bezmiş əhalinin müsəlman ordularına xilaskar gözüylə baxmasına səbəb olmuşdu.

 

 


Ümumi müddəalarını Qurandan alan və insan həyatının toxunulmazlığı konsepsiyasının tətbiqi  fəthlər zamanı yerli əhalinin yeni yaranan dinin mənsublarına qarşı müsbət fikir formalaşdırılmasında mühüm rol oynamışdır. Hələ İslam fəthlərinin başlanğıcında, böyük İslam Peyğəmbəri (s) və digər İslam rəhbərləri cihada gedən döyüşçülrə dinc əhalinin qorunması və ətraf mühitin mühafizəsinə dair tapşırıqlar vermişdi. Bu əmrə görə uşaqlar, qadınlar və yaşlı insanlar öldürülməməli, meyvə ağacları kəsilmməli, qida ehtiyacının təmini xaricində böyük və kiçik baş heyvanlar tələf edilməməli, monastırlarda ibadətə çəkilən insanlara toxunulmamalı idi.


Bütün bunlar fəthləəsnasında bağlanmış müqavilə mətnlərin də öz əksini tapırdı.

Qafqaz xalqları ilə bağlanan müqavilələrin böyük əksəriyyətində əhaliyə İslam dövlətinin təbəəsi sifəti ilə yanaşma və mülkiyyət hüququ kimi əsas insani hüquqları ilə yanaşı, din və inanc azadlığının da təmin olunduğu, öz məbədlərində dini ayin və mərasimləri sərbəst şəkildə icra etmək hüququnun toxunulmazlığı xüsusi olaraq vurğulanırdı. Bu fakt Qafqazın fəthində Dəbil xalqı ilə bağlanmış müqavilənin şərtlərində də öz əksini tapıb: "Bölgənin xristian, məcusi, yəhudi əhalisinə can və mülkiyyət azadlığı verilir. Kilsələrin, məbədlərin, şəhərlərin və qala divararının toxunulmazlığı təmin olunur”. Digər tərəfdən, bu müqavilələrin bir çoxunda uşaq, qadın, xəstə, fəqir-füqəra kimi xüsusi qayğı və dəstəyə ehtiyacı olan zəif insan qrupları ilə yanaşı, özlərini ibadtə həsr etmiş din xadimlərinin də cizyə şərtindən azad edilməsi qeyd olunmaqla yerli xalqın inanclarına hörmət və həssaslıqla yanaşması da əhalinin İslama rəğbət bəsləməsinə təsir edirdi.


Yuxarıda qeyd etdiyimiz fikri təsdiqləyən digər fakt Həbib ibn Məsləmənin tiflislilərə  verdiyi "Müdafiə fərmanı”dır (siqelidir). Həmin müqavilənin birinci bəndində qeyd edilir: "Ərəblər (müsəlmanlar – müəllif.) Kartli əhalisinin dininə toxunmayacaq, lakin kimsə könüllü şəkildə İslam dinini qəbul etsə, o, ərəblərin qardaşı hesab olunacaq.” 

 

Bütün bunlar İslamın dünyada, xüsusən Qafqazda yayılmasında məcburi müsəlmanlaşdırma prosesinin həyata keçirilmədiyini göstərir. Heç bir tarixi əsası olmayan "qılınc müsəlmanı” termini ilə əlaqəli hələ ötəəsrin əvvəllərində məşhur ingilis şərqşünası De Lacy Oleary İslam hakimiyyətindəki xalqarın qılınc gücünə müsəlmanlaşdırıldığı fikrinin tənqidinə həsr etdiyi "Yollar ayrıcında İslam” adlı kitabında belə deyirdi: "Tarix göstərir ki, təəssübkeş müsəlmanların dünyanı başdan-başa dolaşaraq fəth etdikləri yerlərin xalqlarına İslamı qılınc gücünə qəbul etdirdiklərinə dair əfsanə tarixçilərin indiyədək təkrarladıqları ən fantastik cəfəng miflərdən biridir”. Filip Hitti "Ərəb tarixi” adlı kitabında İslam fəthləri əsnasında müsəlmanların bir əlində Quran, digəəlində qılıncla dini məcburi şəkildə yaydıqlarına dair xristian müəlliflərinin iddialarının həqiqətdən uzaq olduğunu göstərir.


Ümumilikdə İslam fəthləri xilafətin ərazisinin genişləndirilməsi məqsədi daşıyırdısa da, fəth olunan bölgələrin əhalisini xilafətin təbəəsinə çevirməklə kifayətlənir, yerlilərin zorla müsəlmanlaşdırılması prossesini isə nə qarşıya məqsəd qoymuşdu, nə də bunu təcrübədə reallaşdırırdı. Bu, bir tərəfdən nəzəri olaraq dində məcburiyyət olmadığına dair İslamın ümumi prinsipinə və "kitab əhli” statusu altında digər din mənsublarına verdiyi təbəəlik hüququna bağlı idisə, digər tərəfdən süni şəkildə müsəlmanların sayının artırılması nəticəsində cəmiyyətdə qeyri-səmimi mühitin yaradacağı mənfi nticələrdən uzaq qalmaqla da əlaqəli idi. Bunun təbii nəticəsi olaraq Suriyadan Şimali Afrikaya, Balkan yarımadasından İspaniyayadək uzun əsrlər müsəlmanların hakimiyytində qalmış bölgələrdə bu gün də xristian və yəhudi əhalinin varlığı, fəth olunan yerlərdə əhalinin din seçimində sərbəst qaldığı həqiqətinin danılmaz sübutudur.


Əlbəttə, xilafət orduları fəth olunan bölgələrin əhalisinin zorla müsəlmanlaşdırmamaqla yanaşı, əsla onların İslamı seçməsinə laqeyd də deyildilər.


Əksinə, fəthlər zamanı yerli əhaliyə təklif olunan üç seçimdən birincisi məhz yerli xalqın öz azad iradəsi ilə İslamı qəbul etməsi idi ki, ilk dəfə "cizyə ayəsi” adlandırılan "Tövbə” surəsinin 29-cu ayəsi ilə miladi 630-cu ildə Təbuk döyüşü əsnasında fəthlərin də qalıcı prinsipinə çevrildi. Ziyad ibn Cəəl-Zübeydinin 642-ci ildə İsgəndəriyyənin fəthi əsnasında şahidi olduğu hadisə, ümumiyyətlə, İslam fəthlərində müsəlmanların yerli əhalinin din və inancına müdaxilənin çərçivəsini göstərməsi baxımından mühümdür: "Fəth əsnasında əlimizə keçən misirli əsirlərlə bir yerdə toplaşdıq, xristianlar da gəldilər. Biz hər bir əsirə İslamı seçmək və yaxud xristianlıqda qalmaq seçimini təklif edirdik. Onlardan hansısa İslamı seçəndə fəth zamanındakından daha yüksək səslə təkbir ("Allahu-əkbər”) deyərək o şəxsi öz sıramıza qəbul edirdik, xristianlığı seçənlər olanda da xristianlar hayqıraraq onu öz tərəflərinə keçirirdilər. Biz həmin şəxslə cizyə müqaviləsi bağlayırdıq, lakin o qədər məyus olurduq ki, sanki aramızdan biri onların tərəfinə keçib”.


671-ci ildə Ziyad ibn Əbih Sistana göndərdiyi məmuruna Zərdüştiliyin bölgədəki dini liderini öldürməsini və məbədlərini yandırmasını əmr edir. Ziyadın sərəncamı zərdüştilərlə yanaşı, yerli müsəlmanlar tərəfindən də güclü etirazla qarşılanır və vəziyyət barədə paytaxt Dəməşqə şikayət olunur. Bu hadisə xilafət tarixində bəzi idarəçilərin fərdi qaydada göstərdiyi dini dözümsüzlüyün müsəlmanlar tərəfindən qəbuledilməz olduğunu, həmçinin müsəlman əhalinin qeyri-müsəlman qonşularının din azadlığı hüququnu kütləvi şəkildə müdafiə və himayə etmə həssaslığını da göstərir.


Müsəlmanlar fəth etdikləri ərazilərdə yaşayan insanları nə öldürürdülər, nə də köləyə çevirirdilər. Beləliklə, insanların öz dinində qalmaqla yanaşı, İslamın təbliği ilə tanış olmaları, gələcəkdə onların həqiqəti öz iradələri ilə seçməsinə imkan yaradacaqdı.

 

Qeyd edək ki, "Gürcüstanda islam tarixi” kitabı saytımızda hissə-hissə veriləcək.

 

Hacı Rasım Məmmədov / Gürcüstanda İslam Tarixi

 



Ahlibeyt.ge
 
 

Oxşar xəbərlər
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031