TÜRKİYƏ CƏFƏRİLƏRİNİN LİDERİ DİNİ MƏSƏLƏLƏR ÜZRƏ DÖVLƏT AGENTLİYİNDƏ OLDULAR (Foto)
![]() Öncə dövlətin dini qurumunun sədri qonaqlara ölkə müsəlmanlarının say, tərkib və vəziyyəti haqda, ölkədə ikinci din olan İslam dininə və onun ardıcıllarına dövlətin diqqət və qayğısının və dəstəyinin artması barədə söz açaraq Gürcüstanın tolerantlıq sahəsində dünyaya örnək bir dövlət olduğunu bildirdi. Türkiyənin din rəhbəri və Almaniyalı din alimi ölkənin vətəndaşı olan müsəlmanlara dövlətin baxışını və dəstəyini müsbət qiymətləndirib İslam dininin sağlam şəkildə yaşamasının şübhəsiz ölkəyə sülh, sayqı və əmin-amanlıq gətirəcəyindən, gənclərin yanlış yoldan ayırmasına səbəb olacağından danışdılar. İki gün ərzində onlarda Gürcüstan xalqına, təbiətinə və dövlətinə qarşı böyük sevgi yarandığını söyləyərək Gürcüstandan xoş təəsuratlarla ayrıldıqlarını bildirdilər. Ölkədəki Dini İdarənin şeyxi ilə dini sahədə əməkdaşlığa hazır olduqlarını dilə gətirdilər. Görüşün sonunda İmam Əlinin (ə) mübarək təvəllüdü münasibəti ilə qonaqları və ölkə vətəndaşlarını təbrik edən Dini Agentliyin sədri Türkiyə Cəfərilərinin liderinə gürcü dilində Quranın tərcüməsini hədiyyə etdi. Şeyx Səlahəddin də üzərində Quran ayəsi yazılmış bir tablonu Dini Agentliyin sədrinə təqdim etdi. ![]() ![]() ![]() ![]() ![]() Oxşar xəbərlər
|