MARNEULİDƏ HZ. FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB (FOTO-VIDEO)
Mьəllif: admin1
Tarix: 18-03-2017, 22:14
MARNEULİDƏ HZ. FATİMEYİ ZƏHRANIN (S.Ə) TƏVƏLLÜDÜ MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB (FOTO-VIDEO)

Bu gün Marneulidə yerləşən N.Nərimanov adına Mədəniyyət evində Həzrət Peyğəmbərimizin (s) əziz qızı, imamət anası, Xanımlar xanımı Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu münasibəti ilə bayram tədbiri keçirilib.

Din, ictimaiyyət, dövlət rəsmiləri və şəhərin sakinlərinin toplaşdığı tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qərbi Gürcüstanın müftisi Hacı Beqlar Kamaşidze, ölkəmizdə səfərdə olan Tehranın imam cüməsi Ayətullah Kazim Siddiqi, İİR-nın səlahiyyətli səfiri Seyyid Cavad Şəhidi, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Marneuli rayon icra hakimi Merab Topçişvili, yerli ruhanilər, alimlər və digər məsul şəxslər də iştirak edirdi.

Tədbirin aparıcısı Azər Məmmədov Quran tilavəti ilə tədbiri açıq elan etdikdən sonra təbrik və çıxış üçün sözü qonaqlara verdi. Bayram tədbirində çıxış edən Ayətullah Kazim Siddiqi, BGMİnin şeyxi Hacı Ramin və müftisi Hacı Beqlar, Marneuli rayonunun baş axundu Hacı Əziz Nəbiyev İki dünya xanımı Hz. Zəhranın (s.ə) fəzilət və məqamından, o xanımın örnək həyatından geniş söhbətlər etdilər. Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və Rayon İcra hakimi Merab Topçişvili müsəlmanları əziz bayram günləri münasibəti ilə təbrik edib, Hz. Fatimə (s.ə) və Hz. Məryəmin oxşar nümunəvi üstün cəhətlərindən və nümunəvi xüsusiyyətlərindən söz açıb, Gürcüstanın dini təqvimində Hz. Fatimeyi Zəhranın (s.ə) üstün məqamına görə onun təvəllüd gününün “Müsəlman qadınlar bayramı” kimi qeyd olunduğuna işarə etdilər.

Tədbir Səid Həsənin ifasında Hz. Fatimeyi Zəhra (s.ə) haqqında şeirlərlə davam edib. Sonda Marneuli Əhli-beyt (ə) Cəmiyyətində keçirilən kitab oxumaq yarışının qaliblərinə hədiyyələr təqdim olunub.

Nəhayət iki saatlıq tədbir "Fərəc" duasından sonra bayram süfrəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930