Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto-Video)
Müəllif: Admin
Tarix: 23-12-2016, 16:00
Hacı Rasim Məmmədovun imaməti ilə Cümə namazı qılındı (Foto-Video)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Marneuli İmam Əli (ə) məscidində Əhli-Beyt (ə) Cəmiyyətinin sədri, İmam-cümə, Hacı Rasim Məmmədovun imaməti ilə bu gün Cümə namazı qılındı.
Hər zaman olduğu kimi İmam-cümə, əxlaqi və ictimai olmaq üzrə iki xütbə söylədi.

İmam cümə Allaha həmd-səna, Peyğəmbər (s) və Əhli-Beyt (ə)-a salam və salavatdan sonra bir daha özünü və möminləri İlahi təqvaya dəvət etdi.
Haci Rasim birinci xütbəsində, “Ömür” haqqında danışdı.

İmam cümə buyurdu ki, "Bəzi nemətlər var ki, onları itirdikdən sonra yenə də əldə etmək mümkündür. Lakin “Ömür” insanlara yalnız bircə dəfə verilmiş fürsətdir və insan tək özü bu nemətdən istifadə edə bilər. Yəni ömrün nə bütövnü nə də ki, bir hissəsini başqasına bağışlaya bilməzsən."

Hacı Rasim qeyd etdi ki, "ömürün barəsində yalnız bir dənə çıxış yolu var, o da bundan ibarətdir ki, qalan hissəsindən səmərəli və faydalı istifadə edəsən.
Qəbirdə soruşulacaq ilk 4 sualdan ikisi ömür haqdadır. 1.Ömürünü hara sərf etdin? 2.Cavanlığını nəyə xərclədin?"

Xətib əlavə etdi: "Biz görürük ki, Peyğəmbər (s) və Əhli-beyt (ə) özlərinə və insanlara uzun deyil, bərəkətli ömür arzu ediblər. Yəni İslamda uzun ömür adlı məqsəd yoxdur. Faydalı ömür var."

Hacı Rasim sonda buyurdu gör imam Zeynəlabidin (ə) Allahdan necə ömür istəyir: “İlahi! Ömürümü sənin itaətində sərf oluncaya qədər uzat və nə vaxt ömürüm Şeytanın otlağına dönsə, canımı al və öz yanına apar.”

İmam cümə ikinci xütbəsində İmam Zamanın (ə.f) qeyb dövründə müsəlmanların vəzifələrindən danışdı.

Hacı rasim: "Həzrəti Məhdinin (ə.f) gəlişi, zühuru və qiyamı cümlə insanlığın arzusudur və bizim etiqadımız budur ki, bu iş gerçəkləşəcək!"- qeyd etdi.

Xətib buyurdu ki, "Mərhum Ayətullah Sədr İmam Zamanın (ə.c) qeybdə olduğu dövrdə bir şiənin öhdəsinə düşən vəzifələri təyin edən kitab yazıb. Alim öz kitabında 50-dən artıq vəzifə və borc sayıb, mən burada onlardan yalnız 3 dənəsini qeyd edəcəm."

1.İmam qeybdə olduğu surətdə O həzrətin hazır olduğuna inanmaq.
Biz şiələr ki, imam Zaman(ə) intizarındayıq O həzrətin zahir olmağını gözləyirik, yoxsa Onun (ə) hazır olmağına heç bir şübhəmiz yoxdur.

2.Boynumuza düşən ikinci vəzifə o Həzrət ilə sinxiyyətdir.
Yəni imam zamanın(ə.c) gəlişinə uyğun insani keyfiyyətləri özümüzdə formalaşdırmalıyıq.

3.Öz dininin və əqidəsinin keşiyində dayanıb. Hər növ təhlükə və əyintidən qorumaq.

Oxşar xəbərlər