DMANİSİ RAYONUNDA “MƏBƏS” BAYRAMI KEÇİRİLİB (FOTO)
Mьəllif: admin1
Tarix: 6-05-2016, 15:42
DMANİSİ RAYONUNDA “MƏBƏS” BAYRAMI KEÇİRİLİB (FOTO)
Gürcüstan Müsəlmanları idarəsinin təşkilatçılığı ilə ötən gün Dmanisi rayonunda yerləşən Tədris mərkəzində yerli müsəlmanların iştirakı ilə keçirilən bayram tədbirində GMİnin şeyxi Hacı Ramin İgidov, yerli idarəetmə orqanlarının rəhbər və əməkdaşları, din, elm və ictimayyət nümayəndələri iştirak etdi.
Tədbirin aparıcısı Dmanisi rayonun baş axundu Məşədi Azər Əliyev məclisi Qurani-Kərimin tilavəti ilə başlaması üçün ilk öncə Kərbəlayi Rza Cəfərini dəvət etdi. Sonra Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov məclis iştirakçılarını salamlayıb təbrik etdikdən sonra İslam Peyğəmbəri Hz. Məhəmmədin (s) Qurani-Kərimdə qeyd olunan fəzilətləri və Peyğəmbərlik missiyası və risalətin məqsədləri haqda geniş məlumat verdi.
Bayram süfrəsi ətrafında keçirilən tədbirdə Dmanisi rayonunun imamı Hacı Almaz, Dmanisi rayon icra hakimi Qoqita Barbakadze və müavini Arif Süleymanov və digər şəxslər tədbir iştirakçılarını təbrik edib Allahın son Peyğəmbəri və məxluqatın ən şərəflisi Hz. Məhəmməd Peyğəmbər (s) haqda fikirlərini və ürək sözlərini bölüşdülər.
Bayram əhval ruhiyyəsi ilə keçirilən mərasimdə Ramin Haqsözün ifasında dini ilahilər səsləndirildi və bayram tədbiri İmam Zaman duasının oxunması ilə sona çatdı.


DMANİSİ RAYONUNDA “MƏBƏS” BAYRAMI KEÇİRİLİB (FOTO)
DMANİSİ RAYONUNDA “MƏBƏS” BAYRAMI KEÇİRİLİB (FOTO)
DMANİSİ RAYONUNDA “MƏBƏS” BAYRAMI KEÇİRİLİB (FOTO)
DMANİSİ RAYONUNDA “MƏBƏS” BAYRAMI KEÇİRİLİB (FOTO)
DMANİSİ RAYONUNDA “MƏBƏS” BAYRAMI KEÇİRİLİB (FOTO)
DMANİSİ RAYONUNDA “MƏBƏS” BAYRAMI KEÇİRİLİB (FOTO)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930