Dünya bu gün Əhli-Beyt(ə) məktəbini qəbul etməyə hazırdır
Mьəllif: admin1
Tarix: 16-04-2014, 16:21
Dünya bu gün Əhli-Beyt(ə) məktəbini qəbul etməyə hazırdır


Ayətullahul-Üzma Şeyx Cəfər Sübhani İmam Sadiq(ə) mədrəsəsində yeni dərs ilinin başlanması mərasimində Hz.İmam Sadiqdən(ə) "Hər kəs zamanının şəraitindən xəbərdar olarsa, zamanının hücumlarına məruz qalmaz" hədisini zikr edərək bildirib ki, bu hədisdə iki məna vardır ki, birinci məna fəlsəfi mənadır amma digər məna isə yaşayışa hakim olan şərait barədədir.

İmam Sadiqin(ə) də bu hədisi söyləməkdə əsas məqsədi ikinci mənaya diqqəti yönəltməkdir deyən mərcei-təqlid deyib ki, insan gərək zamanın şəraitini dərk etsin. Və əgər belə olmazsa, insan şübhə selinə tab gətirə bilməz.

Yaşadığımız əsrdə iman cəmiyyətinin əleyhinə şübhələr yaradıldığını və düşmənlərin bu istiqamətdə çox ciddi cəhd göstərdiklərini diqqətə çatdıran Ayətullah Sübhani bildirib ki, Qərbin əsas hədəfi Şərqin sərvətlərinin qarət etməkdir və bunu əldə etmək üçün Qərb dövlətləri İslam cəmiyyətində onun dəyərlərinə qarşı şübhələr yaradırlar. Onlar bunun üçün hətta elmi və akademik mərkəzlər belə inşa ediblər. Onlar çox yaxşı bilirlər ki, əgər insanlar öz imanlarında sadiq qalarlarsa, öz hədəflərinə çata bilməyəcəklər.

Din alimlərinin camaatın etiqadının qoruyucusu olduğunu deyən Quran müfəssiri deyib ki, şübhələrin artdığı zaman bir dəstə ön cəbhədə durdu və camaatın imanını müdafiə etdi ki, buna müvafiq olaraq elmi hövzələrdə xüsusi ixtisaslar yarandı ki, kəlam elmi də buna aiddir. Və qeyd edim ki, kəlam elmi hicrətin 70-ci illərində İmam Sadiqin(ə) tələbələrinin sayəsində daha da gücləndi.

Ruhani tələbələrin bu ciddi vəzifəsinə işarə edən Ayətullah Sübhani bildirib ki, bu gün siz gərək özünüz elm və fikir istehsal edəsiniz ki, başqalarının fikirlərini təqlid etməyəsiniz.

Biz təkcə elmi əxz etməli deyilik, biz həmçinin bu elmi dünyaya bəyan etməliyik deyən Ayətullah Sübhani bildirib ki, bu gün, üstündən 14 əsr keçəndən sonra dünya anlamışdır ki, onlara həqiqi İslam çatdırılmayıb və onlara çatdırılan qeyri-islami fikirlərdir. Və dünya bu gün Əhli-Beyt(ə) məktəbini qəbul etməyə hazırdır.

Ayətullah Sübhani deyib ki, bu gün düşmən müxtəlif gizli məktəblər yaratmaqdadır və biz gərək müxtəlif ixtisaslı mütəxəssislər hazırlayaq ki, onların müqabilində dayana bilək.

Sonda Ayətullah Sübhani bildirib ki, bu gün əl-Qaidə və Taliban kimi vahhabi əqidəsində olan azğın firqələr də mövcuddurlar ki, həqiqəti Əbdül Vahhaba bağlamaq istəyirlər. Buna görə biz gərək onların əqidələrini mükəmməl öyrənək ki, onlara layiqli cavab verə bilək.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031