Həzrət Abbas (ə)
Müəllif: admin1
Tarix: 16-04-2014, 16:19
Qəməri Bəni Haşim Həzrət Əbülfəzl əleyhissəlamın etdiyi qəhrəmanlıq haqqında nə qədər danışsaq yenə azdır. Çünki, Əbülfəzl (ə) elə bir şəxsiyyətdir ki, onun kimliyi haqqında dəqiq surətdə yazmağa heç bir qələm qadir deyil. Qəməri bəni Haşim, Əbu Talib övladlarının qəhrəmanlıqlarının ən böyük, bariz nümunəsidir.

Necə ki, Həzrət Məhəmməd (s) buyurub: “Əgər, xalqın hamısı Əbu Talib övladları olsaydı, onların hamısı qəhrəman və dilavər olardılar. Onların qüvvəsi insanın fikirləşiyindən xaricdir”.
Həzrət Əbülfəzl (ə) həmin kəsdir ki, ən dəhşəti döyüşlərdə iştirak edib, düşməni qorxuya salıb. Elə buna görədə Həzrət Əli (ə) Ümmül Bəninlə evləndi ki, Abbas (ə) kimi qəhrəman və dilavər oğul dünyaya gətirsin.
Hələ uşaq ikən məktəbdən gəlirdilər. Gördülər atası Əli (ə) bir dəstə adamla bir quyunun başına yığılıblar. Yəhudilər Əli (ə) –a müraciət edirlər ki, bizim bacarmadığımız bir işi, bu quyunun başındakı dəyirman daşını sizin pəhləvanlar tək başına qaldıra bilərmi. Əli (ə) buyurdu ki, bu pəhləvan yox uşaq işidir. Bu vaxt Həzrət Abbas (ə) irəli çıxır. Mübarək əlləri ilə həmən deyilən daşı quyunun başından qaldırır və bir neçə dövrə vurduqdan sonra kənara atır. Hər tərəfdən əhsən, afərin sədası eşidilir. Abbas (ə) qürurla təbəssüm edərək ətrafına boylanır və gözü atasına sataşır. Əli (ə) buyurur ki, oğul bu hələ qəhrəmanlıq deyil. Kaş bu qəhrəmanlığını Aşura günü Kərbəlada qardaşın İmam Hüseyn (ə) xidmətində göstərəsən!..
Bəs Abbas (ə) and içir ki, Aşura günü bu məqama çatana qədər onun dişlərini kimsə görməyəcək. Vaxt ki, Aşura günü Abbas (ə) Fərata getdi. Su məşqini doldurdu. Qayıdanda onu oxladılar. Su qabı deşildi. Suyu axıb calandı. Ağa çox qəzəblə döyüşür. Bu döyüşdə onun qolları qələm olur. Tarixçilər yazır ki, bu zaman Ağa qılıncını dişləri ilə sıxıb saxlayır. Elə ki onu vurub atdan yerə salırlar İmam Hüseyn (ə) düşmən səflərini yararaq özünü vəfalı qardaşına çatdırır. Səslənir ki, Abbas! Qardaş aç gözünü mənəm Hüseynəm gəlmişəm yanına. Bu vaxt Abbas (ə) onun səsini eşitcək ağlayır. Ağa buyurur ki, qardaş nədən ağladı. Ölümdənmi qorxdun. Buyurur ki, sənə fəda olum, ya Hüseyn!.. Ağlayıram ona ki, söz vermişdim mənim dişlərimi kimsə görməyəcək. Mən ölən vəqti başım üstə sən kimi qardaşım gəlib. Bəs sən şəhid olanda başın üstə kim gələcək!..
İmam Hüseyn (ə) Abbasın gözlərini silib başını dizi üstə alıb ağladı. Buyurdu can qardaş mən də ağlayıram o hala ki, atana verdiyin sözə əməl etdin. Mübarək dişlərini məndən başqası görmədi. Məndən qabaq su içmədin. Gətirdiyin su ciyərləri yanan balaca uşaqlara ancaq çatdı.
Tarixdən oxuyuruq ki, o az miqdarda su yüzdən çox qadın, uşaq və kişiyə kifayət qədər deyildi. O da məlumdur ki, onlara bir dəfədən artıq su gətirilmədi. Onlar da yenidən susuz qaldılar. Zinakar Yezid, Peyğəmbər nəvəsi İmam Hüseynə (ə) rəhm etmədi. («Tarix Təbəri», 6-cı cild, səh. 234)
Həzrət Abbas (ə) müsibəti çox olub. Bir məqam da odur ki, Aşura günü şəhadətə yetdikdən sonra qətligahda kimsiz qalmışdılar. Həmən gecə bir nəfər İmam Hüseyn (ə) mübarək belindəki kəməri açmaq qəsdinə düşür. Kəməri açarkən Ağa mübarək əli ilə düyün vurulmuş yerindən yenidən yapışır. O, zalim kəmərə xatir ağanın hər iki əlini pəncəsindən kəsib kənar etmişdir... Odur ki, İmam Hüseyn (ə) babası Rəsuləllaha (s) ərz etdi ki, kaş qardaşım Abbas sağ olaydı görəydi ki, onunla mənim aramda fərq qalmadı. Onun qolları kəsildi, mənim də əllərim...
Həzrət Abbas (ə) iki qollarının məqamı tarixdə silinməyən izlər qoymuşdur. Ağanın mübarək sağ əli Bağdad darvazasının şərq-şimal tərəfində, bağban məhəlləsinin yaxınlığında yerləşir. Sol əli isə Səhn küçəsinin qapısına yaxın kiçik bazarın cənub şərqindədir. O məhəllə Abbas bazarçası adı ilə məşhurdur. Hər il ziyarətçilər o iki məkana ziyarət üçün tələsirlər. Əlqəmə çayının kənarında onun sağ qolunu bədənindən ayırdılar. («Sərdar Kərbəla», səh. 232)
Bu müsibətlərdən sonra Həzrət Abbas (ə) verdiyi sözünə əməl etdi. Əhdinə vəfalı oldu. Canını İmam Hüseyn (ə) yolunda fə da eylədi. Atdan vurub yerə salmışdılar. Gözləri qanla dolmuşdu. Qulağına səda gəldi: Gəl mənim qucağıma sənə qurban oğul. Anan Fatiməyəm qoyma çox göz dikəm yoluna. Səslə qardaşını qoy mən bu nidadan fəxr eyləyim... Bu səs cürət verdi Abbas (ə). Dedi səslərəm qardaşımı, indi gələr harayıma. Baxsın can verən ələmdarına. Ana, Zəhra! Səni and verirəm Hüseynin susuz dodaqlarına, demə gəl sinəmə. Xəcalət çəkirəm. Baxıram tağları zülmlə yanmış qapıya. Qanə bulaşmış mismarə sataşır gözüm. İcazə ver yıxılım qalım torpaqda. Üz vurma mənə. Ölsün Abbas ki, sinəndə görür yarə. Mənə tez-tez «oğlum» demə. Sənə layiq deyiləm. Qoruya bilmədim səni. Kaş kor olaydı gözlərim, görməyəydim o sinəndəki yarəni... Üz tutub xeymələrə səslədi. Hüseyn! Qardaş, ölürəm gəl gözümü bağla. Məndən çox tələsən anan Fatimədi. Başında var qarəsi. Qoyma çox baxsın yollara gözü. Mənə görə çoxda yorma özünü Hüseyn! Ola min dəfə fəda sənə bu xəstə canım. Əllərim getdi, qaçanlar üstümə qayıdıb cəsur olduar. Ox gələndə əlim olmadı sipər saxlayım. Gözüm üstə yer saxlamışdım sənə, gec gəldin. Axırda o yeridə tirə nişan verdi gözüm... Sən gələndə əgər nitqim olmasa, lütf eylə sil gözümü. Bir qalaq göz-gözə. Onda dilə gələr gözüm. İki yarəm var Hüseyn, kaş onları görməyəsən. Olmadı bir şeyim əfsus sən gələndə əyağın altda tökəm. Sənə Hüseynim! Deyib qol boynuna salıb qucaqlaşam. Səndən iki xahişim də var. Səni and verirəm Kərbəlanın çat-çat olmuş torpağına aparma xeyməyə məni. Getməyə gəlmir üzüm. Ol xırdaca qızlara necə baxaram mən. Bir də çox qalma başım üstə. Gün istidi, sən də yaralısan, sənə qurban. Qoy səni başım üstə tək görüb yalqız bilməsinlər. Səni tək qoymağa xatir can verirəm Hüseyn!..
Şəhidlər ağası Babul-Həvaic Əbülfəzl Abbas (ə) qaməti nə qədər uca olsada onun qəbrinin kiçik olması elə bir sirdir ki, digər şəhidlərin qəbrindən fərqlənir. Əllamə Bəhrul-ülumun zamanında Həzrət Abbas (ə) qəbri münafiqlər tərəfindən dağıdıldı. Bu xəbər əllaməyə çatır. O, öz memarı ilə birlikdə qəbrin yanına gəlir. Memar soruşur ki, ağa biz indiyə kimi oxumuşuq ki, Həzrət Əbülfəzl (ə) boyu uca idi. Amma görürəm qəbri kiçikdir. Bilmirəm mənim eşitdiklərim yalandır ya qəbrin kiçik olmasının başqa səbəbi vardır? Əllamə cavab vermək əvəzinə başını divarə qoyub ucadan ağladı. Buyurdu: Sənin eşitdiklərin düzdür. Dediyin kimi Həzrət Əbülfəzl (ə) uca boy idi. Onun bədəninə o qədər qılınc və ox vurdular ki, bədəni tikə-tikə oldu. İstəyirsən Abbas (ə)-ın İmam Zeynəlabidin (ə) əli ilə toplanmış bədəni bundan böyük qəbrdə olsun. Şəhidlərin hər birinə ox dəydikdə onu öz əlləri ilə bədənlərindən çıxarıb atırdılar. Amma dörd min nəfər ox atanın qarşısında əlləri kəsilmiş şəxs nə edə bilərd. Hər atlı atından düşmək istədikdə əlinin birini üzənginin hündür yerinə qoyur və digər əlini isə atın ağızlığına qoyub atdan düşür, amma əli olmayan kəs necə düşsün. Onun uca boylu bədəni ox dəydikdən sonra yerə yıxılan zaman oxlar bədəninə girirdi. Bir də ağa özü istəmişdi ki, onun qəbri Hüseyn (ə) qəbrindən kiçik olsun. («Hacətlər qapısı», Dilavər Quliyev, səh. 112)
Həzrət Abbas (ə) qəhrəmanlıq nümunə-lərindən biri də Yezidin göndərdiyi «Amannamə»ni parçalaması idi. Amannaməni Hezam öz qulu vasitəsilə göndərmişdi. Əbülfəzl (ə) anası Ümmül Bənin onun bibisi idi. Qul Kərbəlaya çatan kimi İmam Hüseyn (ə) xeyməgahına tərəf getdi. O, Abbas (ə) və qardaşlarını səsləyib dedi: Bu dayınız Abdullahın, Übeydullah tərəfindən göndərdiyi amannamədir». Onlar cavabında dedilər: bizim dayımıza salamımızı çatdır və de ki: «Sizin amannaməyə bizim ehtiyacımız yoxdur» («Tarix Təbəri», 6-cı cild, səh. 236).
Həzrət Abbas (ə) bu amannaməni parçalamaqla Yezidi tarixdə rüsvay etmişdi. Həzrət Abbas (ə) elə bir atadan irs aparmışdı ki, o nurun əvəzində zülməti, haqqın müqabilində batili seçə bilməzdi. İmamını tərk edib zalımların bayrağı altına girə bilməzdi. Necə ki, amannaməni parçalayan zaman üzünü Züheyr ibni Qəyn tərəfə çevirib qəzəblə buyurdu: «Ey Züheyr, məni qorxmaz adı ilə səsləyirsən?! And olsun Allaha! Bu gün, bu döyüş meydanında sənə elə bir şey göstərəcəyəm ki, heç vaxt onun oxşarını görməmisən!..» («Əl Kibriyyətül-Əhməz», 3-cü cild, səh. 144)
Şəhidlər sərvəri, Qəməri Bəni Haşimin müqəddəs məzarı Kərbəlada qardaşı İmam Hüseyn (ə) kümbəzi ilə yanaşı göyə ucaldılıb ziyarətgaha çevrilib. Onun mübarək türbəsi günəşin al şəfəqləri altında parlayaraq ziyarətçilərin yoluna şəfəq salır...
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.

Hazırladı: Məşədi Mirağa MUSTAFAZADƏ
Oxşar xəbərlər
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930