Qumda Ayətullah Meşkininin 50 cildlik kitablarının təqdimatı keçirilib
Mьəllif: admin1
Tarix: 15-05-2014, 21:50
Qumda Ayətullah Meşkininin 50 cildlik kitablarının təqdimatı keçirilib
Bu gün böyük alim Əli Meşkinin 50 cildlik kitabları Qumda kitabsevərlərə təqdim edilib
İslamazeri-nin verdiyi xəbərə görə, Ayətullah Əli Meşkininin 50 cildə şamil bir sıra əsərlərinin bu gün bu ilahi alimin Qumda Darul-Hədisdə keçirilən anım mərasimi ilə yanaşı təqdimatı keçirilib.
Ayətullah Əli Meşkininin anım mərasiminin elmi katibi Höccətül-islam vəlmüslimin Mehdi Mehrizi bu əsərlərin təqdimatı zamanı deyib: "Ayətullah Meşkininin əsərlərindən 7 mövzuda 50 cild kitabın təqdimatı keçirildi. Bu kitabların hər biri 600 səhifəlikdir. Təqdimatı keçirilən əsərlərdən 13 cildi Quran mövzusundadır. Belə ki, gənclər üçün Quranın asan təfsiri, geniş təfsir və Quran risalələrinə şamil olur. 22 cild kitab da fiqhi əsərlərə, 10 cild isə İmam Xomeyninin (rə) "Təhrirul-Vəsilə" əsərinin şərhinə şamil olur. O mərhumun digər əsərləri, o cümlədən xüms, nəhy əz münkər, əxlaq məsələləri və bəzi nitqləridir ki, çap olunmuşdur."
Bundan başqa Höccətül-islam vəlmüslimin Mehdi Mehrizi Ayətullah Meşkininin xatirələrindən ibarət 7 cildlik kitabın da təqdimatının keçirildiyini bildirib.
Bu əsər onun həyatı, şah rejiminin SAVAK təşkilatına qarşı fəaliyyəti və nitqlərinə şamil olur.
Meşkini kimi tanınan Ayətullah Əli Əkbər Feyz 1300 hicri şəmsi ilində Ərdəbil ostanının Meşkinşəhrin tabelyində olan Əlni kəndində dünyaya göz açıb. Nəcəf Əşrəfdə və Qumda islam elmlərində elmlərində təhsil alıb və ali elmi dərəcələrə nail olub. Ayətullah Meşini Ayətullah Brucerdi və Ayətullah Mühəqqiq Damadın Fiqh Xaric və Üsul dərslərində, İmam Xomeyninin fiqh xaric dərslərində iştirak etmişdir.
Vəfatına kimi o "Xubriqan" məclisinin sədri, həmçinin Qum şəhərinin İmam cüməsi olmuşdur.
Ayətullah Meşkini 2007-ci il 30 iyulda həyatını dəyişib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930