SİQARETDƏ DAHA 63 NÖV XƏSTƏLİK TAPILDI
Mьəllif: admin1
Tarix: 16-04-2014, 18:03
Bцlmə: Bilirsinizmi?
SİQARETDƏ DAHA 63 NÖV XƏSTƏLİK TAPILDI


Mütəxəssislər siqaretin tərkibində 63 növ xərçəng yaradan maddə aşkar ediblər. Eyni halda, araşdırmalar zamanı məlum olub ki, 20 il ərzində siqaret çəkən insanın bədəninə 7 kq qətran yığılır.

Həkimlər siqaretin xammalı olan tütünün əldə və ya fabrikdə hazırlanmasından asılı olmayaraq zəhərli bitki olduğunu bildirirlər. Siqaretin tərkibindəki və aludəçilik yaradan nikotinin iynə ucu qədər miqdarı insan damarına vurulması ölümə səbəb ola bilər.

Nikotin əsasən əkinçilikdə dərman kimi istifadə edilir. Metan, arsen, işlənmiş qazlar (CO), raket yanacağı, boya, tualet təmizləyici ammonyak, pestisidlər, mum, neft, kadmium və butan kimi zərərli maddələr siqaretin tərkibində tapılıb.

Mütəxəssislərin bildirdiyinə görə, gündə bir qutu siqaret çəkən insanın bədənində 3 ayda 90 qram, 20 ildə isə 7 kiloqram qətran yığılır. Qətranda isə 63 növ xərçəng yaradan maddə var.

Dünya Sağlamlıq Təşkilatının hesabatına görə, siqaret istehsalçıları inkişaf etmiş ölkələrdəki qadağalar nəticəsində siqaret sata bilmirlər. Yüksək qətran və nikotinli siqaretlər isə inkişaf etməmiş ölkələrin bazarlarına çıxarılır.

Həkimlər siqaretin insan sağlamlığına zərərli təsirləri barədə bunları söyləyirlər:

"Siqaret tüstüsü ağız, dil, boğaz, yemək borusu, nəfəs borusu, ağ ciyərlər və mədəyə birbaşa çatır. Tüstüdəki zərərli maddələr də bir neçə saniyə ərzində ürək, beyin, qan damarları, böyrəklər kimi bir çox orqana zərər verir. Siqaret vasitəsilə aludəçilik, xərçəng, infeksiya, allergiyaya həssaslıq, anatomik, fizioloji və genetik pozuğunluqlar kimi xəstəliklər yaranır."

Qeyd edək ki, dünyada bir milyarddan çox insan siqaret aludəçisidir. Hər il 5 milyon insan siqaret ilə əlaqəli xəstəliklər nəticəsində həyatını itirir. 2025-2030-cu illər üçün bu rəqəmin 10 milyona yüksələcəyi də istisna edilmir.

Aysel Məmmədova .
\faktxeber\
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031