Görəsən Axirət haradadır?
Mьəllif: admin1
Tarix: 23-05-2021, 10:25
Görəsən Axirət haradadır?


Uzun müddət idi ki, ağlımda bu sualı gəzdirirdim, bu sualla yatıb, onunla nəfəs alırdım. Məsələnin çətinliyi belə idi: Allaha və axirətə inandığım halda, nə üçün dinə xidmət və axirətə hazırlıq vəzifəmi layiqincə yerinə yetirməyib, bəzən özümü boşluqda hiss edirəm?

Bu bir həqiqətdir ki, mənim və başqa varlıqların yaradılışnda olan gözəllik və ideallıq mənim həyatıma bu dünyadan kənar mənalar gətirmişdir. Həmçinin bu da bir həqiqətdir ki, öz-özümdən səmimi şəkildə soruşduğum zaman hisslərim sonsuzluqdan başqasını qəbul etmir.

Eyni zamanda yüz minlərlə peyğəmbər, bir o qədər də səmavi kitablar və kainatda mövcud olan yaradılışla bağlı hədsiz ayələr də bir ağızdan axirətin varlığından xəbər verir. Əgər bir maneə yoxdursa, insanın hissləri bu xəbərə etinasız yanaşmır.

Bəs nə üçün bütün bunlara baxmayaraq, sanki axirətin yoxluğunu qəbul edərək yaşaya bilirik? Bunlar haqqında düşündüyüm halda, həyatımda bir həqiqət ortaya çıxdı:

Yaşadığımız bu dünya, eyni zamanda bir imtahan yeridir, insana nəfs verilmiş və arxasınca şeytan göndərilmişdir. Hətta Yaradanı və axirəti qəbul edən insan, nəfsinin və şeytanın sövq etdiyi «Öz kefinə görə, istədiyin kimi yaşa. Bu dünyadan yalnız ləzzət almağa çalış» kimi fitnələri axirətin çox açıq və inkar edilməyən dəlillərilə aradan qaldırsa da, bununla imtahan bitmir. Bəlkə daha da kəskin hala gəlir.

Axirəti insana inkar etdirə bilməyəcəyini görən nəfs və şeytan, bu dəfə «sağdan» hərəkət edir, yəni axirəti zahirən inkar etməyə çalışır: «Axirət vardır və ona da hazır olmaq lazımdır. Lakin əvvəlcə sən bu işi bitir. Ən əvvəl bu dərsi keç, bu dərsi bitir, iş tap, evlən, ev al, təqaüdə çıx, ondan sonra rahat şəkildə ibadət et və axirətə hazırlaş».

Gər istəyirsinizsə, gəlin nəfs və şeytanın təşviq etdiyi və bəzən əksəriyyətimizin düşdüyü bu yoldan bir qədər bəhs edək.

İlk görünüşdə axirətin varlığını qəbul edən bir insanın nəfs və şeytanın axirətə hazırlıq istəyini müsbət qəbul edirlər. Onlar yalnız həmin hazırlığın «indi» deyil, «sonra» edilməsini istəyirlər. Qısacası, bizdən «indi»ki vaxtımızı onlara tabe olaraq keçirməyimizi tələb edirlər.

«Sonradan» isə axirətə istədiyimiz kimi hazırlaşacağımızı bildirirlər. Tutaq ki, indiki vaxtımızı onların dediyi kimi yaşadıq. Bunun nəticəsi nə olacaq?

Bildiyimizə görə, dünyada olan tək bir iş (məsələn bir dərs keçmək, məktəbi bitirmək) bizi qane etmir. Bizi sevindirəcəyi bir vaxtda sona çatır. Keçici olduğuna görə, ondan aldığımız ləzzət də keçib gedir, bir anda bitir. Belə daimi sevindirici hadisələrə vərdiş etmiş insan da, qısa müddətdə yaşadığı ani xoşbəxtlik və sevinci başqa dünyəvi işlərdə axtarmağa başlayır, beləcə şeytanın yolunu izləyib, fani dünyanı dərk edə bilmir və bu səbəbdən də sonsuzluq və əbədiyyətə çıxa bilmir.

Bəs belə zərərli və ağlasığmaz yola necə düşürlər? İnsan, axirəti inkar etmədiyi halda, necə axirətdən uzaq yaşayır?

Yoxsa, nəfs və şeytan səhv olaraq axirət anlayışı təlqin edir? Yəni zaman sanki düz bir xəttə bənzəyir, ölüm də bu xəttin axırında bir yerdədir. Axirət isə, dünyanın sonunda, ölümdən sonra başlayan vaxt və yerdir.

Məgər axirəti bəzən belə görürük? Biz bunu belə də görürük ki, axirətə hazır olmağı daha sonra «hələ vaxtım var» deyərək, öz-özümüzü təsəlli edə bilirik. Görəsən həqiqətən də «hələ» vaxtımız var? Görəsən həqiqətən axirət dünya həyatı bitdikdən sonra başlayacaq?

Xeyr? Əslində bu həqiqəti hamımız bildiyimiz halda, nəfsimiz bunu bizə unutdurur. Əlimizdə yalnız ötüb keçən və bizim saxlaya bilmədiyimiz indiki vaxt var. Yəni biz, həqiqi mənada yalnız hal-hazırda yaşadığımız «an»ı bilirik.

Artıq dünənki günü itirmiş, sabah isə hələ gəlməmişdir. Onun gəlməsi də sual altındadır. Həm də vaxtaşırı ölümlərin şahidi oluruq. Körpə vaxtımız bitir, uşaqlıq illərinə gəlirik, bu illər də keçdikdən sonra gəncliyə qədəm qoyuruq.

Buna görə də hal-hazırki vaxtımız, bizim şeytana aldanmamağa diqqət edəcəyimiz yeganə andır. Əgər istəyirsinizsə, bunu bir nümunə ilə izah edək. Fərz edək ki, gündəlik həyatda çox fəaliyyət göstərməliyik.

Bu vaxt, «Əlimdə olan bu iş bitsin, ilahinin hüzurunda dayanmaq üçün namaza qalxım» demək yaxşıdır, yoxsa gündəlik həyat üçün işləməyin Rəzzaq-i Haqiqidən (Bütün ruziləri verən) ruzi duası olmasına inanaraq və «mən indi, ruziverən Yaradanımın hüzurunda Ondan ruzi istəyirəm» deyərək, ticarət işlərini Onun əmrlərinə əsasən yerinə yetirərək, əldə etdiklərini də Ona aid etmək və yalnız Ona şükr etmək, bu xidmətlərini sonradan qılacağı namazda bütöv şəkildə ilahinin hüzuruna çatdırmaq? Əks halda, əgər namazdan əvvəlki «an»larımızda xidmətlərimizi xatırlamayıb, işlərimizi Yaradan adına etməmişiksə, qılacağımız namazda Rəbbimizə hansı şükürləri və xidmətləri verə bilərik?

Əgər namazdan əvvəlki «an»larımızda da Yaradanın hüzurunda, Onun adına, Onun əmrlərinə əsasən yaşamasaq, namaz ibadətlərini daha geniş şəkildə yerinə yetirib, beləliklə hər «an»ımız davamlı ola bilər.

Dünya ilə axirət, ayrı halda olan iki otaq kimi bir-birinə bitişik deyil. Yəni, axirət ölümdən sonra başlamayacaq. Həqiqəti tədqiq edən bütün tədqiqatçıların fikrinə görə, cənnət və cəhənnəm hal-hazırda yaradılmışdır.

Başqa sözlə, axirət mövcuddur. Bizim keçirdiyimiz hər bir an, əbədiləşdirmək üçün ora göndərilir. Dünyamız axirətə doğru gedir. Hər kəs hal-hazırda, bu dünyada ya cənnətini, ya da cəhənnəmini yaradır.

Elə isə gəlin, «Bismillah» deyib, keçən «an»larımız üçün bağışlanma diləyək, indiki və gələcək «an»larımızı nöqsansız iman şüuru ilə keçirmək üçün Ondan kömək istəyək.

Məryəm SELCAN,
«İlahi möcüzələr» kitabından
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930