Ayətullah Nimrin anası ilə son telefon danışığının səs yazısı yayılıb – Audio
Mьəllif: admin1
Tarix: 5-01-2016, 09:14
Bцlmə: Xəbərlər
Ayətullah Nimrin anası ilə son telefon danışığının səs yazısı yayılıb – Audio
Şeyx Nimr anası ilə son telefon bağlantısında bunları deyib
İslaminSesi.org xəbər verir ki, şeyx Nimr Baqir ən-Nimrin anası Ummu-Cəfərlə son telefon bağlantısını əks etdirən səsyazı ərəbistanlı fəallar tərəfindən sosial şəbəkələrdə yerləşdirilib.
Ötən həftənin şənbə günü Səudiyyə rejimi tərəfindən edam edilən ayətullah Şeyx Nimr anası ilə bu son telefon bağlantısında ona ürək dirək verərək, bütün işlərin Allahın əlində olduğunu bildirir. Allaha təvəkkül edən şeyx Nimr belə deyib:
“Ana sənin dərəcən və yerin cənnətin ali yerlərində Məhəmməd və Əhli-Beyti ilə birgə olsun. Əbədi cənnətdə inşallah. Allaha həmd olsun.... Biz Allaha şükr edirik. Ana mən Allahın yazdığı hər bir yazıya (boyun əyib) şükr edirəm. Onun yazdığı olacaq. Allahın bizim üçün nəzərdə tutduğu müqəddərat və seçim öz istəyimiz və seçimimizdən də xeyirlidir. Biz bir şeyi seçirik, Amma Allahın bizim üçün seçdiyi daha fəzilətlidir. Biz Allaha dua edərək bunu deyək: Ey rəbbimiz bizim üçün bizə xeyirli olanı seç. İşlərin sahibi Münəzzəh və Uca Allahdır. Baş verənlər və yaradılış ona mıxsusdur və onun işidir. Allahın istəyi olmadan heç kimsə bu kainatda sakit gəzə bilməz. Ana Allahın iradəsi və gözündən heç nə xaric deyil və heç nə kənarda qalmır. Ana bax bu mənim üçün kifayətdir. Madam ki bütün işlər Allahın gözünün önündə və nəzarəti altında baş verir, bu kifayət edər. (Bu anda şeyx Nimr özü ağlayır) Allaha şükür olsun. Bu bizə kifayət edər. Məgər Allah bəndəsi üçün kafi deyilmi!? Allaha dua edirəm ki, barəmizdə xeyir yazsın. Ya Allah! Allah amanında!”




Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031