Nə Allahı, nə də öz qoyduğu qanunları qəbul edirlər
Mьəllif: admin1
Tarix: 26-09-2014, 16:13
Bцlmə: Xəbərlər
Nə Allahı, nə də öz qoyduğu qanunları qəbul edirlər

“Nüvə enerjisi bizim təbii hüququmuzdur”
İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə görə, Tehranın bu həftəki cümə xətibi höccətül-islam vəl müslimin Kazım Siddiqi olub.

O, söhbətinin əvvəlində ali məqamlı rəhbərin sağlamlığına görə Allaha şükr edərək “O, imam Zaman (ə.f) ağadan sonra ən sevilən simadır. Bunu onun xəstəxanada olduğu zamanı atılan addımlar isbatlayır.”- deyə bildirib.

Xətib eyni zamanda “Müqəddəs müdafiə” həftəsi münasibətilə xalqı təbrik edib və bildirib ki, “8 illik müharibəmiz dünyaya dinin möcüzəsini və səbrin maddiyyata qələbəsini göstərdi.”

O, uşaq baxçalarının vəziyyətindən gileylənərək məsullardan bu məsələyə xüsusi diqqət ayırmasını tələb edərək deyib: “Biz övladlarımızı sədaqət üzərində tərbiyə etməliyik. Qərb mədəniyyəti yox, İslam və şəhidlərimizin qoyub getdiyi mədəniyyət təbliğ olunmalıdır.”

Höccətül-islam vəl müslimin Kazım Siddiqi İranın nüvə məsələsi barədə də danışıb: “Bizim bu barədə olan sözümüz “Nüvə enerjisi bizim təbii hüququmuzdur” şüarından ibarətdir. Düzdür, biz deyiləcək sözümüz olsun deyə, məntiqi yol olan müzakirə yolu ilə addımlamalıyıq. Lakin rəhbərimizin də buyurduğu kimi, biz düşmənimizin necə güvənilməz, qanun pozan və yalançı olduğunu nəzərə almalıyıq. Nə Allahı, nə də öz qoyduğu qanunları qəbul edirlər. Bunların müqabilində olan yeganə yol müqavimətdir. Bu barədə düşmən bizim ehtiyaclarımızı təyin etməməlidir. Qırmızı xətlərə diqqət edilməlidir. Biz 8 illik döyüşün nəticəsində müqaivmətin hansı həddə rolunun olduğunu nəzərə alsaq, nəticə olaraq bu məsələdə də müqavimətin vacibliyi aşkar olur.”

Xətib sonda Yəmən xalqını təbrik edərək buyurub: “Mən Yəmənin mübarizlərinə öz təbriklərimi bildirirəm. Bilin ki, siz yolun əvvəlindəsiniz. Bəziləri üçün bu həqiqətən gözlənilməz oldu. Hər halda ehtiyalı olun ki, qafil halda ovlanmayasınız.”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031