"Arzumuz budur dövlətimiz İmam Əli (ə) məktəbinə uyğun olsun"
Mьəllif: admin1
Tarix: 29-08-2014, 22:23
Bцlmə: Xəbərlər
"Arzumuz budur dövlətimiz İmam Əli (ə) məktəbinə uyğun olsun"

Tehranın bu həftəki cümə xətibi höccətülislam vəl müslimin Kazım Siddiqi olub
İslamazeri.az-ın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, Tehranın bu həftəki cümə xətibi höccətülislam vəl müslimin Kazım Siddiqi söhbətinin əvvəlində xanım Məsumənin (s) doğum günü münasibətilə cümə namazına gələnləri təbrik edib.

Sözlərinin davamında tarixin səhifələrinə həkk olunmuş İran inqilabının verdiyi şəhidlərdən söz açan Siddiqi onların şöhrətpərəstlikdən uzaq olduğunu vurğulayıb.

O eyni zamanda dövlətin HƏMAS, İraq və Suriyaya qarşı tutduğu mövqe və atdığı addımlar barədə minnətdarlığını bildirib.

İmamcümə həmçinin Ayətullah Xameneinin dövlət başçısı və digər məsullarla olan görüşünə toxunaraq deyib: “Bu cür yol göstərəni ola-ola özümüzü onun sözü ilə uyğunlaşdıra bilməsək məğlub olar və nəticə əldə etmərik. Onun buyurduğu mətləblər şəfa nüsxəsinə bənzəyir. Düzdür ki, biz keçmiş dövləti tənqid edənlərin arasında idik, lakin biz dövlətin parçalanmasını istəmərik, çünkü bu bir şəxsin parçalanması demək deyil. Rəhbərimiz tərəfindən dəstəklənən daha sonra isə bundan sui-istifadə edən bir dövlət həqiqətən narahat edicidir. Bizim arzumuz budur ki, dövlətimiz Əlinin (ə) məktəbinə uyğun olsun.”

O Ayətullah Xameneinin etdiyi nəsihətlərə yenidən toxunub: “O həzrətin qeyd etdiyi mətləblərdən biri də ikitirəliyin yaranmasının qarşısını almaqdır. Xüsusən xəsarəti və nəticəsi ağır olan fitnənin qarşısı alınmalıdır. Dövlətin əsas vəzifəsi xalqa xidmət etməkdir. Biz öncədən də qeyd etmişik ki, təhsil mərkəzlərəri siyasi məkanlar yox, elm ocaqları olmalıdırlar. Bunun və digər problemlərin həlli üçün vilayətçi şəxslər iş başına gəlməlidir. Millətin həqiqətəndə gözləntisi var ki, yeni dövlət iqtisadi və elmi yöndə ciddi addımlar atsın.”

İmamcümə sonda İraq və Qəzzada olan məsələlərlə bağlı da danışıb: “Hamımız İraqda olan şiələri dua etməliyik. Ümüd edirik ki, xalqın mənəvi dəstəyilə yeni yaranmış dövlət sayəsində ölkə böhranı sona çatdıra biləcəkdir. Qəzzanın sionist rejiminə qalib gəlməsi həqiqətən müqavimətin möcüzəsidir. Bütün islami bölgələrdə, xüsusən Yəməndə yeni ilahi bərəkətlərin nazil olacağına ümüd edirik.”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930