İran Quranın yandırılması ilə bağlı Norveçə xəbərdarlıq etdi
Mьəllif: admin1
Tarix: 27-11-2019, 12:40
Bцlmə: Xəbərlər
 İran Quranın yandırılması ilə bağlı Norveçə xəbərdarlıq etdi
Norveçin Kristiansann şəhərində Quranı kütlə qarşısında yandırma cəhdinə öz qəti etirazını bildirmək məqsədilə İran XİN Norveçin bu ölkədəki işlər üzrə vəkilini çağırıb. Bu haqda İran XİN-dən bildiriblər.

İran tərəfi bu cür addımların ekstremizm və zorakılığın artmasına gətirib çıxara biləcək təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Həmçinin Tehran Oslonu belə insidentlərin təkrarlanmaması üçün səy göstərməyə çağırıb. Xatırladaq ki, 20 noyabrda adıçəkilən şəhərdə “Norçevin İslamlaşmasını Dayandıraq” təşkilatının aksiyası olub. Razılaşdırılmış aksiyanın təşkilatçıları Quranı yandırmaq istəmələri barədə polisi xəbərdar ediblər.

Polisin bu cür təxribatçı addımdan çəkinməyə dair çağırışlarına baxmayaraq, aksiya iştirakçıları İslamın müqəddəs kitabını yandırıblar.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930