İran Britaniyanın neft tankerini Hörmuz boğazında saxlayıb
Mьəllif: admin1
Tarix: 20-07-2019, 11:37
Bцlmə: Xəbərlər
İran Britaniyanın neft tankerini Hörmuz boğazında saxlayıb
İran Britaniyanın neft tankerini Hörmuz boğazında saxlayıb.

Maide.Az bildirir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Donanması Hörmüz boğazında Britaniyanın "Stena impero" adlı neft tankerini saxlayıb.

Sepah yayımladığı bəyanatda bidlirir: "Britaniya gəmisi İran dənizçilik və limanlar təşkilatının istəyi ilə beynəlxalq dəniz qaydalarına əməl etmədiyinə görə Sepah qüvvələrinin iştirakı ilə saxlanılıb və İran sahilinə gətirilib. Gəminin saxlanılmasına dair qanuni prosedur tamamlandıqdan sonra gəmi İran Dənizçilik və Limanlar Təşkilatına təhvil verilib."

Xatırladaq ki, bir müddət öncə Böyük Britaniya İranın neft tankerini saxlayaraq sanksiya rejimini pozmaqda ittiham edib. İran bu ittihamı qəbul etməyərək gəminin dərhal azad olunmasını tələb etmişdi. Ötən həftə Ali Rəhbər Ayətullah Xamenei Böyük Britaniyanın hərəkətinin cavabsız qalmayacağını bəyan etmişdi.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031